İşdən çıxarılan bələdçi rəisin qəbulunda öldü

08.05.2014 - 21:35

İşdən çıxarılan qatar bələdçisi Həşim Rəsulov mayın 8-da Bakı vaqon
deposu rəisinin qəbulunda dünyasını dəyişib. Bu barədə azadliq.info-ya
qatar bələdçiləri məlumat verib. Onların sözlərinə görə, işdən çıxarılan
“Azərbaycan Dəmir Yolları” QSC-nin bələdçiləri mayın 8-də Prezident
Administrasiyası önündə aksiya keçiriblər. Onlara PA-dan  əvvəlki kimi
vəd veriblər. Bundan sonra bələdçiləri Həmkarlar İttifaqının qarşısına
gediblər.
30 ildən çoxdur qatar bələdçisi işləyən Həşim Rəsulov
həmkarlarıyla sonuncu ünvana – Həmkarlar İttifaqına getməyib. O,
birbaşa  Bakı vaqon deposunun rəisi Rəhman Əbişovun qəbuluna yollanıb.
“Həşim
Rəsulov bizdən ayrılanda özünün narahat olduğunu dedi. Söylədi ki,
Rəhman Əbişovun qəbuluna gedir, qanunsuz işdən çıxarılmayla bağlı onunla
görüşmək istəyir. İndi bizə dedilər ki, Həşim Rəsulovu qəbul zamanı
əsəbləşdiriblər. Halı pisləşib, elə idarədə dünyasını dəyişib”, – deyə
bələdçilər bildirirlər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7052

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031