Alman faşizmi üzərində qələbədən 69 il keçir
130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb
bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif
bölgələrində və paytaxtda tədbirlər keçirilir.
edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli
“Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət
tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi
başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da
daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da –
Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və
SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan
diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər
“Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları
ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi
Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov,
Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur
Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov,
Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı
bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə
ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft
istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil
edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75
milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=7056