Alman mətbuatı Əliyevləri vurdu

09.05.2014 - 10:12

Alman mətbuatı Əliyevləri vurdu

Kəmaləddin Heydərovun oğlu “kürü diplomatiyası”nda, Rövnəq Abdullayev korrupsiyada ittiham olunur
Almaniyanın tanınmış “Tagesschau” qəzeti son zamanlar Qərbin enerji strategiyasının müəyyənləşdirilməsində Azərbaycana üstünlük verməsi ilə bağlı maraqlı məqalə dərc edib. “Ottingerin riskli strategiyası – Azərbaycandan enerji mənbəyi olarmı?” (Günter Ottinger – Avropa Birliyinin enerji komissarı – red.) başlıqlı yazıda Avropa Birliyinin enerji təhlükəsizliyinin təmini istiqamətində atdığı addımlar tənqid olunub. Məqaləni qısa ixtisarla diqqətinizə çatdırırıq:
“Avropa Birliyinin enerji komissarı Günter Ottinger Rusiyanın neft-qazına alternativ axtarışında Azərbaycanın da təbii resurslarına arxalanır. Amma Xəzərin sahilindəki bu ölkə də Rusiya qədər problematikdir. Azərbaycan dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır. Ukraynadakı böhranı nəzərə aldığımız zaman belə bir sual meydana çıxır. Avropanın Rusiyanın neft və qazından aslılığı necə aşağı salına bilər? Burada söhbət həm digər enerji növlərindən istifadədən, həm də Rusiyaya alternativ ola biləcək ölkələrdən, marşrutlardan gedir. Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger hazırda Xəzərin və onun ətrafının enerji ehtiyatlarını Avropaya nəql etmək üçün ciddi mübarizə aparır. Elə bu məqsədlə də enerji koridorunun Rusiyadan cənuba doğru genişləndirilməsinə çalışılır. Burada Azərbaycanın adı həm tranzit, həm də enerji mənbəyi ola biləcək ölkə kimi hallanır. Günter Ottinger artıq mətbuata açıqlamasında Azərbaycanı Rusiya enerjisinə alternativ kimi göstərib: “Cənub dəhlizinin yaradılması ilə biz Azərbaycanın qaz ehtiyatlarına çıxmış oluruq”.
“Ottingerin Azərbaycanı tərifi təsadüfi deyil”
Günter Ottinger son illər Cənub dəhlizi proyekti ilə bağlı ciddi işlər görüb. Hətta o, Azərbaycan hökumətinin xoşuna gəlmək üçün onlara təriflər yağdırmaqdan çəkinməyib. Bu baxımdan ARDNŞ-in 2012-ci il noyabrın 12-də Brüsseldə nümayəndəliyi açılan zaman Günter Ottingerin şirkəti və dövləti yüksək tonlarda tərifləməsi təsadüfi deyil. Onun ARDNŞ-i “dünya səviyyəli neft-qaz şirkəti”, Azərbaycanı isə “gözəl ölkə, regional güc” adlandırması məhz bu qəbildəndir. Halbuki Azərbaycan dünyanın ən korrupsiyalaşmış ölkəsi, ARDNŞ isə qeyri-şəffaf müqavilələr imzalayan şirkət kimi tanınır.
Con Hopkins Universitetinin eksperti Svante Kornell Azərbaycandakı korrupsiyanın cəmiyyətin bütün sferalarına sirayət etdiyini deyir. Kornell ARDNŞ-in nəinki dövlət şirkəti kimi bir sıra sirli maliyyələşdirməsinin olduğunu deyir. Eyni zamanda bildirir ki, şirkətin kölgə büdcəsi var.
Əliyevlər klanı
“Transperensi International” təşkilatının hesabatana görə, Azərbaycan ən korrupsiyalaşmış ölkədir. Azərbaycan bu baxımdan Rusiyanın yanında qərarlaşıb. Hər iki ölkə həm idarəetmə strukturuna, həm də müxalifətə qarşı mübarizəsinə görə bir-birinə çox yaxındır. Amma Azərbaycanın dövlət başçısı Ilham Əliyev rəsmi şəkildə özünün rəqibsiz olmasını referendumla möhkəmləndirib. Ilham Əliyevin sələfi atası Heydər Əliyev olub. Ilham Əliyevin həyat yoldaşı və qızı da ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Ikinci dəfə dövlət başçısı seçilməmişdən əvvəl Əliyevə KIV və müxalifətə qarşı cinayət işi başlatmaq o qədər də asan deyildi. Amma bu dəfə Əliyevin atdığı addımlar Azərbaycanın hüdudlarından kənarlara çıxır. Tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Azərbaycanı tərk etmək istəyərkən sərhəddə saxlanılırlar. Onlar bir neçə saat ərzində dinlənildikdən sonra, evlərində heç bir rəsmi səbəb göstərilmədən axtarış keçirilib”.
“NIDA-çı gənclərin aclıq aksiyası”
Məqalədə eyni zamanda NIDA-çı gənclərin keçirdikləri aclıq aksiyasına və onlara kəsilən ədalətsiz məhkəmə hökmünə də diqqət ayrılıb. Yazıda NIDA-çılara qarşı irəli sürülən ittihamların mahiyyətinə, o cümlədən ölkədəki siyasi məhbus probleminə aydınlıq gətirilib: “Hazırda Azərbaycanda həbsxanada prezidentliyə namizəd olmuş şəxs, tənqidçi jurnalistlər, müxalifət fəalları, ordudakı əsgər ölümünə etiraz edən gənclər yatır. Hətta gənclərin üzləşdiyi duruma diqqət çəkmək üçün onların anaları da aclıq aksiyasına başlayıblar. Amma bütün bu tədbirlərə baxmayaraq gənclər həbs cəzasına məruz qaldılar. Hakimiyyətin siyasətini tənqid edənlər həbslə hədələnir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bəyan edib ki, Azərbaycan-ABŞ münasibətlərinin hazırkı durumu 1992-ci ildən bu günə qədər ən pisidir.
Dövlətin piarı
Iqtisadi və demokratik cəhətdən inkişaf edən Azərbaycan imicini yaratmaq üçün hakimiyyət daşı-daş üstündə qoymur. Bu təbliğat kampaniyaları sırasında tanınmış fransız aktyor Jerar Depardyenin yenidən gündəmə qaytarılmasını, ispan klubu “Atletiko” Madridə sponsorluq edilməsini göstərmək olar. Bundan başqa, avropalı deputatların Xəzər sahilinə dəvət olunması və onlara kürü hədiyyə edilməsi də bu kampaniyanın tərkib hissəsi idi. Bu siyasəti aktiv şəkildə yürüdən təşkilatlardan biri mərkəzi qərargahı Londonda yerləşən “Avropa-Azərbaycan Cəmiyyəti”dir. Təşkilatın rəhbəri Taleh Heydərov Azərbaycanın nüfuzlu nazirlərindən, varlı biznesmenlərindən birinin oğludur.
Azərbaycan KIV-ləri Qərb siyasətçilərinin bu cür təşkilatların təşkil etdikləri tədbirlərdə iştirak etdiyini yazır. Ottingerlə dostluq əlaqələrinin yaradılması da bu yolla olub. Bu, uzunmüddətli perspektivdə yeganə risk deyil. Jurnalist Xədicə Ismayıl Azərbaycan hakimiyyətinin yürütdüyü bu siyasətin fəsadlarının ola biləcəyini deyir. “Ərəb baharı” zamanı baş verən hadisələr avtoritar rejimlər üçün bir dərsdir”.
(azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7068

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031