Ziya Məmmədov çarpaz atəş altında

09.05.2014 - 10:15

Ziya Məmmədov çarpaz atəş altında

Nəqliyyat nazirinə geniş miqyaslı hücum başlanıb
Nəqliyyat naziri Ziya Məmmədovun vəziyyəti yaxşı deyil. Ziya Məmmədov hakimiyyətdə iri qrupların hədəfinə gəlib və ona arşı genişmiqyaslı hücum başlanıb. Bəzi məlumatlara görə, bunun kökündə Ziya Məmmədovun baş nazir olmaq iddiası dayanır. Azərbaycanın baş naziri Artur Rasizadənin səhhətində ciddi problemlər yaranıb.
Bununla da onun əvəzlənməsi zərurəti yaranıb. Baş nazir postuna isə xeyli iddialılar var. Onların sırasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, neft şirkətinin prezidenti Rövnəq Abdullayevi və Milli Məclisin sədri Oqtay Əsədovu xüsusi qeyd etmək lazımdır. Bəzi məlumatlara görə, bir müddət əvvəl Rövnəq Abdullayevin baş nazir təyin olunmasına artıq qərar verilibmiş. Lakin onun adının nurçu qalmaqalında hallandırılması, bununla bağlı müəyyən faktların ortaya çıxması bu təyinatın qarşısını alıb. Indisə Ziya Məmmədov barədə müzakirələr gedir. Bu baxımdan da nəqliyyat nazirinin rəqibləri ona qarşı hücuma keçib. Bu sırada Kəmaləddin Heydərov xüsusilə səy göstərir. Ona yaxın saytlar əsasən Ziya Məmmədovla bağlı kompromat tipli məlumatları tirajlayırlar. “Bank of Azerbaican”la və Ziya Məmmədovun ortağı Hafiz Məmmədovla bağlı məlumatlar, həmçinin nəqliyyat nazirinin nurçularla əlaqədə olması barədə xəbərlər bu qəbildəndir. Hətta Ziya Məmmədova məxsus bank Iranın çirkli pullarını yumaqda ittiham olunur. Digər tərəfdən isə Rövnəq Abdullayev bacardığı qədər Ziya Məmmədova zərbə vurur. Məsələn, AFFA UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Bakı” klubuna lisenziya verməyib. “Bakı” klubunun prezidenti Hafiz Məmmədovdur. Ehtimal olunur ki, yaxın vaxtlarda Ziya Məmmədov daha ciddi zərbələrlə üzələşəcək.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7069

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031