Qarabağ üçün ya müharibə, ya da…

09.05.2014 - 11:28

Qarabağ üçün ya müharibə, ya da…

Dağlıq Qarabağ münaqişəsinin 3 həlli yolu var. Anspress-in məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyinin bəyanatında deyilir. Bəyanatda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açıqladığı 6 prinsipə tənqid edənlərə cavab verilir. 
Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ya danışıqlar davam etdirilməli, ya mövcud status-kvo razılaşdırılmalı, ya da müharibə olmalıdır.
“Ceyms Uorlikin bəyanatını tənqid edənlər başa düşməlidirlər ki, münaqişənin nizamlanması üçün aparılan danışıqların nəticəsi Azərbaycan və Ermənistan tərəflərinin kompromisə getməsindən asılıdır. Əgər tərəflər sona qədər öz maraqlarına uyğun hərəkət etsələr, o zaman münaqşənin həll olunması üçün hələ çox gözləyəcəklər”, deyə bəyanatda bildirlir.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Karnegi Mərkəzində “Dağlıq Qarabağ: həll yolları” adlı məruzə ilə çıxış etmişdi.
Amerikalı həmsədr hesab edir ki, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element olmalıdır:
1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar.
2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir.
3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.
6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7075

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031