Ermənilər Qarqar çayı ilə top mərmisi axıdır

24.07.2016 - 13:55

img2057085Ağcabədidə Qarqar çayında top mərmisi tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, iyulun 24-də saat 08:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və saat 08:12-də “102” Xidməti – Zəng mərkəzi sisteminə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qarqar çayında partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. ANAMA mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş bir ədəd partlamış top mərmisinin ballistik qapağı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatın ətrafında 3000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=71026

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930