Əhalisi 820 dildə danışan ölkə
10.05.2014 - 18:27
Əhalisi 820 dildə danışan ölkə
Ən çox meşəyə sahib olan, ərazisində bir dənə də ağacı olmayan, həbsxanalarında ən çox məhbus yatan, vətəndaşlarının böyük hissəsini uşaqlar təşkil edən, əhalisi 820 dildə danışan ölkələri tanımaq sizin üçün də maraqlı olar.
“Axar.az” dünya ölkələrinin maraqlı cəhətləri barədə silsilə yazını oxuculara təqdim edir.
1. Ən çox tanka sahib ölkə – Rusiya
Rusiya dünya üzrə ən çox tanka sahib olan ölkədir. Tankların sayı nə az, nə çox, düz 21.000 ədəddir. Ancaq bunlardan çoxu köhnə olduğu üçün ən son texnologiyalara malik 16.000 tanka sahib ABŞ bu baxımdan Rusiyanı geridə qoyur.
2. Ərazisində heç çay olmayan ölkə – Səudiyyə Ərəbistanı
Qəribə səslənir, elə deyilmi? Ancaq Səudiyyə Ərəbistanı kimi geniş torpaqları olan bir ölkədə axar su tapmaq mümkün deyil. İçməli suyu dəniz suyunun təmizlənməsindən və yeraltı qaynaqlardan əldə edirlər.
3. Əhalisi ən gənc olan ölkə – Nigeriya
Ümumiyyətlə, dünyanın ən gənc ölkələri yaşı 15-dən aşağı olan insanlarının sayı hesablanaraq müəyyən edilir. İndiki zamana bu hesablama Afrikanın Nigeriya ölkəsi üçün daha çox uyğun gəlir. Nigeriyada demək olar ki, əhalinin tam yarısını 15 yaşından aşağı olan uşaqlar təşkil edir. Orada əhalinin 49 faizi yetkinlik yaşındadır.
4. Ölkə vətəndaşlarının sayı ən tez azalan ölkə – Ukrayna
Əhali arasında illik təbii azalma 0,8 faiz olan Ukraynada vəziyyət belə davam edərsə, 2050-ci ildə əhalisinin 30 faiz azalacağı gözlənilir.
5. Əhalisinin böyük hissəsi xaricdə yaşayan ölkə – Malta
Sərt iqtisadi böhran üzündən Malta əhalisinin böyük hissəsi köç edərək ölkədən gedib. Bu səbəblə bu gün çox sayda maltalı həyatını ölkəsindən kənarda davam etdirməkdədir.
6. Ən sıx meşələrə sahib olan ölkə – Surinam
Torpaqlarının 91 faizi hələ də balta səsi eşitməmiş meşələrlə örtülüdür. Bu səbəbdən əhlinin böyük hissəsi sahil zolaqlarında yaşamaqdadır. Əhalinin cəmi 5 faizi sıx meşələrdə ömür sürür.
7. Heç ağacı olmayan ölkə – Haiti
Surinamın əksinə, Haitidə bir dənə də ağac yoxdur. Burada meşələri elə vəhşiliklə məhv ediblər ki, ölkəyə peykdən baxdığınızda Haitinin başqa ölkələrlə olan sərhədini aydın görmək olur. Ətraf ölkələrin hamısı ağaclarla zəngin olduğu halda arada heç bir ağac olmayan ölkəni müəyyən etmək elə də çətin deyil.
8. Ən çox dil müxtəlifliyinə sahib ölkə – Papua Yeni Qvineya
Burada ingilis dili rəsmi dil olsa da, əhalinin yalnız 1% bu dildə danışır. Buradakı əhali ümumilikdə 820 dildə ünsiyyət saxlayır. Bu da dünya dillərinin 12 faizini təşkil edir.
9. İnsanları ən təhsilli olan ölkə – Kanada
Burada əhalinin 50 fazidən çoxu tam təhsilli və savadlıdır. Ondan sonra əhalisinin 45 faizi tam təhsilli olan İsrail gəlir. 3-cü yerdə isə Yaponiya gəlir ki, onun da əhalisinin 44 faizi tam təhsillidir.
10. Səhralar ölkəsi – Liviya
Ölkənin 99 faizi çöldən-səhradan ibarədir. Liviya dünyanın ən quraqlıq ölkəsidir. Bura on illərlə yağış yağmır.
11. Sülhə həsrət qalan ölkə – Somali
Hər nə qədər son üç ildə sülhə möhtac qalan ölkə adını İraq alsa da, Qlobal Sülh indeksinə görə, Somali dünyanın ən çox müharibə şəraitində yaşayan ölkəsidir ki, illərdir sülhə möhtac qalıb.
12. Dünyanın ağ ciyəri hesab olunan ölkə – Rusiya
Dünyadakı meşələrin təxminən 25 faizini Sibirdəki ağacar təşkil edir. Bu meşələr Rusiyanı dünyanın ən böyük oksigen istehsal edən ölkəsinə çevirib.
13. Dünyanın ən böyük tiryək istehsalçısı – Əfqanıstan
Dünyadakı tiryək istehsalının 95 faizi bu ölkənin payına düşür. Amerikanın 10 ildir buna qarşı apardığı mübarizə isə heç bir nəticə vermir.
14. Həbsxanalarında ən çox məhbusu olan ölkə – ABŞ
Amerika Birləşmiş Ştatları həbsdəki insan sayına görə birinciyili illərdir əldən vermir. ABŞ həbsxanalarında 2,2 milyon adam yatır. Bu da dünya əhalisinin 0,4 faizini, bütün dünya üzrə həbsxanada yatan insan sayının 25 faizini təşkil edir. 1.5 milyonluq məhbus sayına görə Çin ikinci, 870.000 məhbus sayına görə isə Rusiya üçüncü yerdədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=7105