Ənvər Seyidəliyev dövlət vəsaitini necə talayır?

11.05.2014 - 13:03

Ənvər Seyidəliyev Ağsu şəhərinə ayrılan vəsaitin yarsını mənimsəyib və mənimsədiyi pullara Bakı şədərində iki villa tikdirir…

Ənvər Seyidəliyev Ağsu şəhərinə ayrılan vəsaitin yarsını mənimsəyib və mənimsədiyi pullara Bakı şədərində iki villa tikdirir…

Ağsu şəhər icra nümayəndəsi Nadir Şirinov və 12 saylı Yol İstismar idarəsinin müdiri çətin vəziyyətə düşüblər.

Onların çətin vəziyətə düşmələrinin səbəbi isə Ağsu rayon İcra
Hakimiyətinin başçısı Ənvər Seyidəliyevin şəhərin abalaşdırılması üçün
ayrılan vəsaitin yarısını qabaqcadan nəqdləşirərək götürməsidir. Hazırda
Ağsu şəhərində abadlaşdırma işləri üçün ayrına 700 min manat vəsaitin
ancaq yarısı, yəni 350 min manatı Nadir Şirinovun və 12 saylı Yol
İstismar idarəsinin müdirinin ixtiyarına verilib. Bu isə o deməkdir ki,
şəhərin abadlaşdırlması və çəkilən yollar kosmetik olacaq.
Bu barədə redaksiyamıza Ağsudan daxil olan məlumatda bildirilir ki,
icra başçısı Nadir Şirinova tapşırıb ki, əlində olan vəsaitlə şəhərin
abadlaşdırılmasını təmin etsin. Qeyd olunur ki, Ənvər Seyidəliyev bir
çox maliyyə maxinasiyalarını məhz şəhər icra nümayəndəsinin əli ilə
həyata keçirir. Bir qayda olaraq mənimsənilən vəsaitlərin yerini
doldurmaq üçün qiymətlər bir neçə dəfə şişirdilir, həmçinin görülən
işlərin əksəriyyətində layihədə nəzərdə tutlan işlərin bir qismi
işlənilmir. Görülən işləri isə bir qayda olaraq Nadir Şirinov qəbul
etdiyinə görə kütləvi yeyinti hallarının üstü ort-basdır edilir.
Daxil olan məlumata əsasən bu dəfə istər Nadir Şirinov və 12 saylı
Yol İstismar idarəsinin müdiri çətin vəziyyətə düşüblər. Çünki
aparılacaq işlər böyük vəsait tələb edir. Hətta ayrılmış 700 min manat
belə həmin işlərin görülməsi üçün kifayət etməyə bilərdi. İndii isə
vəsaitin yarısının başçı tərəfindən qabaqcadan götürülməsi hər iki idarə
müdirini pis vəziyyətdə qoyub.
Elə bu üzdəndə Nadir Şirinovun biznes qurumlarından pul toplamağa
çalışdığı qeyd olunur. Lakin dəflərlə abalaşdırma üçün pul verən kiçik
və orta biznes qurumlarının sahibləri artıq pul vermək istəmirlər.
Məlumata əsasən dəflərlə abalaşdırma üçün pul verən kiçik və orta biznes
qurumlarının sahibləri artıq cana doyublar. Ona görə də Ağsuda
qarşıdurmadan qorxan Nadir Şirinov çıxış yolu axtarmağa çalışır.
Məlumatda o da qeyd olunur ki, Ənvər Seyidəliyev əvvələr ayrılan
vəsaitlərin 25 faizini özünə götürürdü və bu baxımdan ciddi problemlər
yaşanmırdı. Səlim Müslümov nazir kürsüsünə oturduqdan sonra isə Ənvər
Seyidəliyev ayrılan vəsaitlərin yarısın özünə götürməyə başlayıb.
Mənbə idda edir ki, Ənvər Seyidəliyevin pula bu cür susamasının
arxasında Bakı şəhərində iki dəbdəbəli villa və bir obyekt tikdirməsi
dayanır. Həmin obyektləri dövlət vəsaiti hesabına tikdirən icra başçısı
öz villarının keyfiyyətli tikintisi üçün hər şey edir. Amma buna görə
Ağsuda aparılan abadlıq işləri keyfiyyətsiz və tam qüsurlu həyata
keçirilir.
Məlumatda  o da qeyd olunur ki, Ənvər Seyidəliyevin 2 il öncə
çəkdiyi 25 kilometrlik Ağsu-Çaparlı-Bağırli yolu artıq dağılmağa
başlayıb. Buna görədə icra başçısı 12 saylı Yol İstismar İdarəsinin
rəhbərinə göstəriş verib ki,  bütün gücü ilə həmin yolun dağılmasının
qarşısını alsın.
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq… (pia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7125

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031