Hadisə Gəncədən qayıdan kimi 600 minlik ev aldı
ev alıb. Uzun zamandır Ləvəntdə kirayədə oturan gözəl müğənni bundan
sonra şəxsi mənzilində yaşayacaq. Yüksək kirə pulu ödəməkdən şikayətçi
olan müğənni, xeyli müddətdir satılıq ev axtarırdı. Müğənninin məhz
Azərbaycandan geri qayıtdıqdan sonra yeni mənzil aldığı çox maraqlıdır.
Gəncəlilər qarşısındakı çıxışının 1 saatına 125 min dollar alan (300 min
TL) Hadisə, geri dönər-dönməz 600 min dollarlıq lüks mənzilin pulunu
ödəyib.
Məşhur ifaçı İstanbulun
Rumelihisarında aldığı mənzildə böyük bacısı ilə yaşayacaq. Hadisənin
yeni mənzili Fatih Sultan Mehmet Köprüsünə və Boğaz mənzərəsinə baxır. Bir
yandan yaxında çıxacaq yeni albomunun yazılması ilə bağlı vaxtının bir
çoxunu studiyada keçirən Hadisə, bir yandan da yeni evə köçmə təlaşı
yaşayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=7128