Türkiyə 90 milyon avro cərimələndi
Yunan Kiprinin Türkiyəyə qarşı təzminat iddiasını Avropa İnsan
Haqları Məhkəməsini Yuxarı Palatası təmin edib. ANS PRESS-in məlumatına
görə, bu gün açıqlanan məhkəmə qərarında təzminatın 90 milyon avro
olduğu bəlli olub.
Yunan Kipri tərəfindən iddia 1994-cü ilin noyabrında, adanın şimalına
1974-cü ildə Türkiyə ordu birləşmələrinin çıxarılması və bununla da
“rəsmi Ankaranın Avropa İnsan Haqları Konvensiyasının bir sıra
müddəalarını pozması” əsas gətirilərək qaldırılıb.
Qeyd edək ki, həmin ildən ada iki hissəyə bölünüb. Yunan Kipri dünya
birliyi tərəfindən tanınsa da, Avropa Birliyinə üzv edilsə də, Şimali
Kipr Türk Cümhuriyyəti indiyədək Türkiyədən başqa heç bir ölkə
tərəfindən tanınmayıb.
Qərara görə, təzminatın 30 milyonu hərəkatdan sonraı itənlərin
ailələrinə, yerdə qalan 60 milyonu isə Şimali Kiprdə Karpaz
yarımadasında qalan yunanlara veriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=7135