“Laba”ya qarşı əməliyyatda əsgər öldürülüb?

13.05.2014 - 01:18

“Naxçıvandakı 6-cı sərhəd zastavasının
ərazisindən Mübariz Pənahovun qaçaqmalçılıq cəhdinin qarşısı alınarkən, əsgər
qardaşımız həlak oldu və onun acısını Laba bu dünyada görməsə də, o biri
dünyada mütləq görəcək”

“Naxçıvandakı 6-cı sərhəd zastavasının
ərazisindən Mübariz Pənahovun qaçaqmalçılıq cəhdinin qarşısı alınarkən, əsgər
qardaşımız həlak oldu və onun acısını Laba bu dünyada görməsə də, o biri
dünyada mütləq görəcək”

Bu
günlərdə Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində rəis müavini
vəzifəsinə təyin edilən “Laba” ləqəbli Mübariz Pənahov haqqında ittiham dolu
məktub göndərilib.
 Məktubda
bildirilir xəbər verir ki, Sərdar Aslanov adlı şəxsin iddiasına görə, “Laba”
kimi ad çıxarmış Mübariz Pənahovun ARDNŞ-də vəzifəyə təyin olunmasını təəccüb
və heyrətlə qarşılamamaq mümkün deyil:  “Ona görə ki, bu adamın keçmişi
kifayət qədər qaranlıqla doludur və bunu nəinki Naxçıvanda, ölkənin hər
bir yanında bilməyən yoxdur. Dövlətçiliyə ziyan-zərərdən başqa heç bir
xeyri dəyməmiş bu adamın vəzifəyə təyin olunması zamanı hüququ mühafizə
orqanlarımız hara baxıblar?

Onun vəzifəyə təyin edilməsinə
görə, bu gün həm də hüquq mühafizə orqanları məsuliyyət daşıyır. Niyə? Ən azı
ona görə ki, 2004-cü ilin yanvarında Naxçıvandakı 6-cı sərhəd zastavasının
ərazisindən Mübariz Pənahovun qaçaqmalçılıq cəhdinin qarşısı alınarkən, əsgər
qardaşımız həlak oldu və onun acısını Laba bu dünyada görməsə də, o biri
dünyada mütləq görəcək. Heç olmasa, o, həmin əsgər qardaşımızın ruhundan
utansın. Həmin vaxt “Laba”ya qarşı qaçaqmalçılıq əməliyyatında onun anbarındakı
malları ələ keçdi. Çox təəssüf ki, hüquq-mühafizə orqanları onun barəsində
həmin vaxt ölçü götürmədi. Belə bir insanın bu gün vəzifəyə təyinat almasına
görə bütün mənəvi məsuliyyət yenə də hüquq-mühafizə orqanlarının üstünə düşür.
Onun vəzifədə olanda göstərdiyi xidmətlərin ancaq qəzetlər üçün pozalar
verməkdən ibarət olduğunu bu gün də internetdən izləmək olur. Belə olan halda,
onu vəzifəyə təyin edən bilməlidir ki, “Laba”nın vətən naminə
xidmətlərindən söhbət belə gedə bilməz və keçmişdə də söhbət getməyib. Bəlkə də
M.Pənahov bundan sonra keçmişindən, ölkəyə verdiyi ziyandan dərs alıb, özünü
tərbiyə edəcək, dinc fəaliyyətlərlə məşğul olacaq. Onsuz da onun ucbatından
ziyan çəkmiş mənim kimi adamın dediklərindən artığını Naxçıvandan kənarda
da  hamı bilir. Ona vəzifə verilməsinin hansı pis nəticələrə gətirib
çıxaracağını cox da gözləmək lazım gəlməyəcək. “Laba”nın gələcəkdə daha yuxarı
vəzifələrə gətiriləcəyini düşünməsi belə, çox utancvericidir”. Məsələ ilə bağlı
M.Pənahovun mövqeyini də dinləməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031