Deputat rektorun bankında şok maxinasiyalar

13.05.2014 - 01:24

Əhməd Vəliyevin “Muğanbank”ı ilə “Odlar
yurdu” arasinda rabitə

Əhməd Vəliyevin “Muğanbank”ı ilə “Odlar
yurdu” arasinda rabitə

Artıq
ölkədə orta və iri ranqlı məmurlar aldıqları yüksək əmək haqqı ilə kifayətlənmək
istəmirlər və daha çox gəlir əldə etmək məqsədilə qeyri-qanuni ölkə vətəndaşlarının
“qanı” bahasına qazanılan pullarını mənimsəməkdən çəkinmirlər. Bizə daxil olan
məlumatlara görə, Qazaxdan seçilən deputat Əhməd Vəliyevə məxsus olan “Muğan
Bank” vətəndaşları soymaqla yanaşı bir sıra maxinasiyalara milyonlarla gəlir əldə
edir.

Redaksiyamıza
verilən məlumatlarda bildirilir ki, Əhməd Vəliyevin “Muğan Bank”ı elə deputatın
“Odlar Yurdu” Universiteti ilə əməlli başlı biznes qurublar. Adətən sözü gedən
universitetin tələbələrinə təhsil haqqından tutmuş digər ödəniş haqlarına qədər
yalnız “Muğan Bank”da ödətdirilir. Məhz “Odlar Yurdu” Universitetinin bank
hesabları “Muğan Bank”da olduğundan ödənişlər sözü gedən banka yönləndirilir.
Maraqlısı odur ki, illik təhsil haqqlarının hesabatı bankda ört-basdır edilərək
külli miqdarda vəsait əldə edilir.

Qəzetimizə digər istiqamətlərdə daxil olan məlumatlarda
qeyd edilir ki, Əhməd Vəliyevin bankında milyonlar “yuyulur”. Bu bankın əsas
işi Vergilər Nazirliyinin qeyri-şəffaf əməliyyatlarının icrasında yer almaqdır.
Xüsusilə iri vergiödəyicilərinin vergidən yayınması prosesində iştirak edən
“Muğan Bank” ölkənin vergi sistemindəki bütün qara əməliyyatların ört-basdır
edilməsində və bu sahədəki çirkli pulların yuyulmasında əsas instansiyadır. Xəbər
portalımıza daxil olan digər məlumatlara görə, vergi maxinasiyaları əvvələr
bankın mərkəzi filialında aparılsa da bu cür maxinasiyalar artıq xırda
filiallara keçirilib. Bu isə sadəcə “gözdən pərdə asmaq” xarakteri daşıyır.
Çünki yarana biləcək problemlərdə xırda filial müdürlərini “qurban” vermək daha
hasan olacaq. Məsələ üçün Atatürk prospektində yerləşən “Muğan Bank”ın
filialında analoji maxinasiyalar həyata keçirilir. Məlumatlarda qeyd edilir ki,
Atatürk prospektində yerləşən bankın fililı istiqraz və kredit əməliyyatlarından
yararlanır. Vətandaşlara 100 mantdan 10000 min manata qədər uduş vəd edilən
istiqrazlar sözü gedən filial tərəfindən geri qəbul edilmir. Səbəb isə “Muğan
Bank”ın istiqrazlarını geri qaytarmaq istəyən vətəndaşdan rüşvət istənilməsidir.
Kredit məsələsinə gəlincə “Muğan Bank”ın Atatürk prospektinin filialı 24 ayadək
vətəndaşlara qızıl əşyalarının qirov qoymaq şərti ilə kreditlər təklif edir.
Qızıl-zinyət əşyalarına ilkin baxış zamanı bank filialının eksperti tərəfindən
həddət artıq ucuz qiymətləndirilir. Sonradan vətəndaşa süni əngəllər
yaradılaraq faiz borcunun çox olduğunu bildirən bankın rəhbərliyi qızılları mənimsəyir.
Son halda burda yalnız uduzan tərəf yenə də vətəndaşlar olur.

Rasim

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7139

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031