Əbülfəz Qarayevin Bərdədəki talanı

13.05.2014 - 15:22

Şöbə müdiri son bir ildə 110 min manatlıq dəftərxana ləvazimatı işlədib

Şöbə müdiri son bir ildə 110 min manatlıq dəftərxana ləvazimatı işlədib

Mədəniyyət
və Turizm Nazirliyinin rayon şöbələri, xüsusilə kəndlərdə fəaliyət
göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət
vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, kağız
üzərində fəaliyyət göstərən bu “mədəniyyət ocaqları” hər il dövlətin
külli miqdarda vəsaitini sömürür. Ayrılan vəsaitlərin hara sərf
olunduğunu isə icra başçıları və və Turizm şöbələrinin müavinləri bilir.
Və təbii ki, Mədəniyyət və Turizm Nazirliyində çalışan bir neçə məmur.
Biz
oxucularmıza bu gün bir rayonda Mədəniyyət və Turizm şöbəsinin hər il
nə qədər dövlət vəsaitinin mənimsədiyini göstərəcəyik. Təbii ki, qarşı
tərəf bizim yazdıqlarımızı şər və böhtan olaraq dəyərləndirəcək. Amma
biz onu da əvvəlcədən qeyd edirik ki, Bərdə Mədəniyyət və Turizm
şöbəsinin müdiri İlyas Hacıyev bu yazıdakı faktları danmaq üçün Bərdəni
yenidən söküb qurmalıdır.
Daxil olan məlumata görə, Bərdə rayon
Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev rəhbərlik etdiyi
qurumun nəzdindəki klubların və mədəniyyət evlərinin əli ilə son 1 il
ərzində külli miqdarda dövlət vəsaiti mənimsəyib. Bu vəsaitin hamısının
İlyas Hacıyev tərəfindən mənimsənildiyi iddia olunmasa da, bu bir
faktdır ki, dövlət vəsaitləri məhz Bərdə rayon Mədəniyyət və Turizm
şöbəsinin müdirinin əli ilə silinib. Qeyd edək ki, Bərdə Mədəniyyət və
Turizm Şöbəsinin nəzdində 35 mədəniyyət evi, 3 mədəniyyət mərkəzi, 75
klub, 56 kitabxana və 7 musiqi məktəbi var. İnformasiyalı şəxs qeyd edir
ki, rayondakı kənd klubları və mədəniyyət evləri hazırda İlyas
Hacıyevin vəsait silmə işindən başqa heç nəyə yaramır. Çünki kəndlərdəki
çoxlu sayda klublar, mədəniyyət evləri formal olaraq fəaliyyət
göstərirlər. Daha doğrusu, bu klublar sənədlərdə mövcuddur və bu
klublarda çalışanlar da İlyas Hacıyevin “ölü canlarıdır”.
Məlumatda
göstərilir ki, Bərdə rayonunun Qarayusifli, Tumaslı, Əmirli, Bala
Ərəblər, Gülgəzli, Qaradəmirçi, Cicimli, Tağılar, Xanxanımlı,
Dəymədağıldı, Şorəli, Cəyirli, Mirasəfli, Qaradırnaq, Mollaəhmədli,
Xanağalı, Qayalı, Türkmən, Qullar, Xanərəb, Yeni Əyricə, Bala Qacar,
Qazaxlar, Qaratəpə, Cumalar, Qurdlar və digər kəndlərdə yerləşən klublar
çayxana kimi fəaliyyət göstərir. Yəni bu “mədəniyyət ocaqları” həmçinin
İlyas Hacıyevin biznes obyektləridir. Həmçinin İlyas Hacıyev son 1 ildə
rayon büdcəsindən ayrılmış 100 min manatdan çox vəsaiti məhz bu
“çayxana-mədəniyyət evlərinin” cari təmirinə “sərf” edib. Əslində isə
ayrılan vəsaitin 20-yə yaxın klubun, mədəniyyət evinin cari təmiri adı
altında sənədləşdirərək mənimsədiyi bildirilir.
İlyas Hacıyevin əsas
qazanc yerlərindən biri də kənd mədəniyyət evlərində kağız üzərində
fəaliyyət göstərən olmayan dərnəklər və olmayan klubda çalışan
mədəniyyət işçilərdir. Belə ki, Yeni Daşkəsən, Xəsli, Zümürxan, Samux,
Mustafağalı, Qaraqoyunlu, Şirvanlı, Şatırlı, Soğanverdilər, Vəliuşağı,
Mirzəxan, Çələbilər, Mollagüllər, Mirzəcəfərli, Kolayır, Saatlı və
Həsənqaya kəndlərindəki mədəniyyət evlərində fəaliyyət göstərən
dərnəklər, həmçinin bəzi işçilər formal olaraq kağız üzərində fəaliyyət
göstərir. Yəni bu kənd klubları heç çayxana olaraq da fəaliyyət
göstərmir. Məhz bu klublardan və formal olaraq fəaliyyət göstərən
dərnəklərin vasitəsi ilə İlyas Hacıyevin hər ay büdcədən 4 min manata
yaxın vəsait mənimsədiyi iddia olunur.
Bundan başqa məlumatda
göstərilir ki, İlyas Hacıyev olmayan klubları isindirmək üçün soba
odunu, inventarlar “alır”. Həmçinin idarə müdiri “və sair xərclər” adı
altında bilinməyən mallar alaraq idarəyə ayrılan vəsaitləri xərcləyir.
Daxil
olan məlumatda o da qeyd olunur ki, İlyas Hacıyevin qaranlıq işlərindən
biri isə dəftərxana ləvazimatlarının alınması üçün xərclənən 110 min
manat vəsaitdir. Belə ki, 110 min manat vəsaitlə Bərdə rayon Mədəniyyət
və Turizm İdarəsini ən azı 10 il müddətində dəftərxana ləvazimatı ilə
təmin etmək olar. Amma İlyas Hacıyevin Mədəniyyət və Turizm İdarəsi bir
ildə 110 min manatlıq dəftərxana ləvazimatı işlədib. Təbii ki, İlyas
Hayıevin olmayan “çayxana-klubları” və “dərnəkləri” bu dəftərxana
ləvazimatlarını “xırd” edib.
Qarşı tərəfin də möqeyini dərc etməyə hazırıq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7167

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031