Putinin Qafqaz nazirliyi nəyə hesablanıb?

14.05.2014 - 10:33

Putinin Qafqaz nazirliyi nəyə hesablanıb?

Vəfa Quluzadə: “Bu nazirliyin yaradılması gözə kül üfürməkdi və problemlərin həllinə heç bir köməklik göstərməyəcək”
Rusiya prezidenti Vladimir Putin yeni yaradılan Şimali Qafqazın inkişaf məsələləri üzrə nazirliyə başçı təyin edib. ANS PRESS-in məlumatına görə, V.Putin yeni nazir vəzifəsinə Krasnoyarsk qubernatoru Lev Kuznetsovu təyin edib.
“Ümid edirəm ki, Lev Kuznetsov təcrübəsindən yararlanaraq vəzifəsinin öhdəsindən gələcək. Şimali Qafqaz bizim üçün önəmli bölgələrdən, regionun inkişafı öndə duran məsələlərdən biridir”, – deyə V.Putin qubernatorlarla görüşdə bildirib.
Sirr deyil ki, Şimali Qafqaz bütün zamanlarda Rusiya üçün mühüm əhəmiyyət kəsb edən, həssas bir bölgə olub. Ona görə də bu regionda hər zaman Rusiyanın nəzarəti hiss edilib və Rusiya çalışıb ki, sözün həqiqi mənasında bu regionda yerləşən ölkələr demokratik inkişaf yoluna qədəm qoymasın.  Bu gün Qarabağ probleminin düyünlənməsi, Ermənistanın bu ölkənin quberniyasına çevrilməsi, Gürcüstanda baş verənlər də Rusiya faktoru ilə bağlıdır. Ukraynada baş verənlərdən sonra Rusiya Şimali Qafqaz məsələsində də narahatlıq keçirir və bu regionu əldə saxlamaq üçün bütün vasitələrdən istifadə etməkdə israrlı görünür.
Şimali Qafqazın inkişaf məsələləri üzrə nazirliyin yaradılması da bu siyasətin davamı kimi xarakterizə olunur.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Putin növbəti dəfə ictimai fikri çaşdırmaq istəyir: “Əgər belə bir nazirliyin yaradılması ilə problemlər həll olunsaydı, bu böyük xoşbəxtlik olardı. Şimali Qafqaz həmişə Rus imperiyası üçün problem olub. Həmişə Şimali Qafqaz xalqları Rusiyanın əleyhinə əllərində silah döyüşüblər. Bu nazirliyin yaradılması gözə kül üfürməkdi və problemlərin həllinə heç bir köməklik göstərməyəcək. Məsələnin həlli yalnız Qafqaz xalqlarının azadlığından keçir. Rusiya hər zaman Qafqazı özü üçün strateji məntəqə hesab edib və  bu xalqları qırıb. Rusiya Qafqaz xalqlarının əleyhinə həmişə soyqırım siyasəti aparıb və bir gün buna görə cavab verəcək. Rusiyanın bütün kəşfiyyatı, silahlı qüvvələri bu regionda olduğu halda, yeni nazirliyin nə əhəmiyyəti olacaq. Məqsəd Şimali Qafqazın iqtisadi problemlərini həll etməkdirsə, bunun həlli Yalnız Şimali Qafqaz xalqlarının özündən asılıdır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7177

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031