Çeçenlər Rusiyaya qarşı döyüşə hazırlaşır

14.05.2014 - 11:40

Çeçenlər Rusiyaya qarşı döyüşə hazırlaşırMayın 1-də İordaniyanın paytaxtı Əmman şəhərindən 813 nömrəli reyslə İstanbula 97 çeçen döyüşçüsü gəlib. Daha sonra onlar 382 nömrəli reyslə Tiflisə uçublar.   “Axar.az” xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.   Agentliyin verdiyi məlumatda bildirilir ki, 3 ildir Suriyada Əsəd rejiminə qarşı döyüşən çeçen döyüşçüləri Rusiyada terror aktları törətmək üçün Tiflisə yollanıblar.   “Döyüşçülər öz bazalarını Pankisi dərəsində qurublar və oradan Rusiya ərazisinə keçməyi planlaşdırırlar. Onlar Ukraynada baş verənlərə görə Rusiyada vəziyyəti gərginləşdirmək üçün ölkənin müxtəlif ərazilərində partlayışlar törətmək niyyətindədirlər”, – deyə agentlik Səudiyyə Ərəbistanı təhlükəsizlik xidmətinin adının açıqlanmasını istəməyən əməkdaşına istinadən bildirib.   İordaniyaya 50-ci illərdən sonra deportasiya edilmiş çeçen icmasının nümayəndələri indi Əsədə qarşı vuruşur.   Mayın əvvəlində Səudiyyə Ərəbistanının Suriyadan xeyli sayda döyüşçünü separatçılara qarşı vuruşmaq üçün Ukraynaya göndərdiyi ilə bağlı məlumat yayılmışdı.   “Səudiyyə Ərəbistanı kəşfiyyatı tərəfindən maliyyələşdirilən xeyli sayda terrorçu qruplaşması rusmeyilli separatçılarla döyüşdə Ukrayna ordusuna kömək etmək üçün bir neçə təyyarə ilə Kiyevə göndərilib. Döyüşçülər Kiyevdən gizli şəkildə Ukraynanın şərqinə gediblər və Ukrayna ordusu formasını geyinib separatçılara qarşı döyüşürlər”, – deyə mənbə bildirib.   Mənbə eyni zamanda bildirib ki, Səudiyyə Ərəbistanı Suriyada Bəşər Əsəd rejimini dəstəklədiyi üçün Rusiyanı cəzalandırmaq niyyətindədir. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7184

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031