Tarixin ən faciəvi 10 mədən qəzası

15.05.2014 - 11:21

Tarixin ən faciəvi 10 mədən qəzası

Türkiyənin Manisa vilayətinin Soma şəhəri yaxınlığındakı kömür mədənində baş verən və son məlumatlara görə, 275-dən artıq insanın ölümünə səbəb olan partlayış bəzən dövri mətbuatda bəşər tarixinin ən böyük mədən qəzalarından biri kimi qələmə verilir. Heç demə, daha dəhşətli partlayışlar və insan itkisi olubmuş. Onlar aşağıdakı kimi sıralanır:
10) İngiltərə, Yorkşir
İngiltərə baş vermiş ən dəhşətli mədən qəzası. 12 dekabr 1866-cı ildə baş verən partlayış nəticəsində 388 mədənçi həlak olub. 19-cu əsrin ən böyük mədən faciələrindən biri sayılır. 
9) Hindistan, Çasnala
27 dekabr 1975-ci ildə Dhanbad yaxınlığındakı Çasnala mədənində partlayış baş verib. Metan qazının alovlanması nəticəsində mədənin tavanı çöküb və mədəni su basıb. Partlayışdan sağ qurtulan mədənçilər su və dağıntı altında can verib, 372 insan həlak olub. 
8) Hindistan, Dori
Hindistanın Jarkand əyalətində Dori kömür mədənində 28 may 1965-ci ildə metan partlayışı və yanğın nəticəsində 375 mədənçi həyatını itirib. Partlayış mədənçilərdən birinin lampasından yaranıb.
7) Zimbabve, Vanki
6 iyul 1972-ci ildə Zimbabvedə Vanki kömür mədənində bilinməyən bir səbəbdən partlayış baş verib. Bu partlayış özü ilə yenilərini gətirib və nəticədə 428 mədənçiyə çatmaq mümkün olmayıb, mədəndən çıxan qaz səbəbiylə xilas etmə işləri dayandırılıb. 
6) Böyük Britaniya,  Qaller
Britaniya tarixinin ən böyük mədən faciəsi. 14 oktyabr 1913-cü ildə meydana gəlib. Kömür tozunun partlaması nəticəsində 439 nəfər ölüb. 
5) Yaponiya,  Mitsui Mayk
9 oktyabr 1963-cü ildə baş vermiş, 458 mədənçinin öldüyü, 833-nün yaralandığı qəzaya kömür tozunun partlaması səbəb olub. Mədənçilərin böyük hissəsi karbon monoksid zəhərlənməsi səbəbiylə həyatını itirib. Həyatda qalan mədənçilər isə güclü kəllə-beyin travması alıblar. 
4) Çin, Laoboydonq
Çinin Şanzi əyalətində Laoboydonq kömür mədənində 9 may 1960-cı il tarixində metan qazı partlamasının səbəb olduğu qəza. 684 nəfər həyatını itirib, lakin fəlakətlə bağlı məlumat 30 il boyunca dövlət tərəfindən gizlədilib. 
3) Yaponiya,  Mitsubişi Hojyo
Qəza 15 dekabr 1914-cü ildə Yaponiyanın Kyusu adasında Mitsubişi Hojyo kömür mədənində meydana gəlib. Yaponiya tarixinin ən ölümlü mədən qəzası sayılan bu faciədə 687 insan həyatını itirib. 
2) Fransa, Kurrieres
Fransada 10 mart 1906-cı ildə baş vermiş mədən qəzasından 1099 nəfər həyatını itirib. Dünya tarixinin ən ölümcül ikinci kömür mədən qəzasının səbəbi quyulardan birində baş verən yanğın olub. 
1) Çin, Benzihu
Çinin Lyaoninq əyalətində Benzihu yaxınlığında Honkeyko mədənində 26 aprel 1942-ci ildə dünyanın ən çox can alan mədən qəzası baş verib, 1549 insan ölüb. Partlayış nəticəsində mədənin girişi bağlanıb və mədənçilər karbon monoksid qazından zəhərlənərək ölüblər. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7204

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031