Saatlıda talan olunan dövlət büdcəsi və icra başçısının aylıq haqqı

15.05.2014 - 11:43

Saatlıda talan olunan dövlət büdcəsi və icra başçısının aylıq haqqı

Cari ildə Saatlıda büdcə təşkilatları vasitəsi ilə yüz minlərlə manat dövlət vəsaiti mənimsənilib
Saatlıda talan olunan dövlət büdcəsi və icra başçısının aylıq haqqı
Cari ildə Saatlıda büdcə təşkilatları vasitəsi ilə yüz minlərlə manat dövlət vəsaiti mənimsənilib
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siacəddin Cabbarov rayon Mədəniyyət və Turizm İdarəsi və rayon Təhsil Şöbəsi vasitəsi ilə dövlətin külli miqdarda vəsaitinin mənimsənilməsinə imkan yaradır. Bu barədə Saatlıdan  daxil olan məlumatda bildirilir ki, icra başçısı büdcə təşkilatlarının rəhbərlərinə aylıq haqq qoymaqla yanaşı onlardan təmir və avadanlıq üçün ayrılan dövlət vəsaitlərini “silməyi” tələb edir.
Daxil olan məlumatda bildirilir ki, Siacəddin Cabbarov rayon Maliyyə İdarəsinin müdiri Namiq Bağırovla birlikdə büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərini “silmək” üçün idarə müdirlərindən saxta sənədlərin tərtib edilməsini tələb edir. Ayrılan vəsaitlərin böyük bir hissəsi isə bilinməyən MMC-lərə köçürülərək nəqdləşdirilir.
Məlumata əsasən icra başçısı əsas əməliyyatlarını Mədəniyyət və Turizm İdarəsi və rayon Təhsil Şöbəsi vasitəsi ilə həyata keçirir. Qeyd edək ki, son illər məhz bu iki qurum rayon icra hakimiyyətlərinin başçıları üçün əsas “pul silmə” qurumlarına çevrilib. Daxil oloan məlumatda göstərilir ki, Saatldı rayon Mədəniyyət və Turizm İdarəsinin nəzdində 16 mədəniyyət evi, 12 klub, 56 kitabxana, 1 mərkəz, 1 musiqi məktəbi, 1 rəsm qaleriyası və 1 tarixşunaslıq muzeyi var. İcra başçısı mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Şahpələngovadan istifadə edərək maliyyə idarəsinin müdirir Namiq Bağırovun əli ilə ildə bir neşə dəfə klublara, mədəniyyət evlərinə və kitabxanalara ayrılan vəsaitlərin 50%-dən çoxunu nəğd şəkildə götürür.
Məlumatda idda olunur ki, rayonun Qara Nuru, Cəfərxan, Mircəlal, Azadkənd, Qıraqlı, Əlisoltanlı kəndlərindəki mədəniyyət evləri və Çolpu, Xanlar, Varxakənd, Hacıqasımlı, Günəşli, Məzrəli kəndlərində fəaliyyət göstərən klublar formal olaraq fəaliyyət göstərir. Yəni sənədddə bu klublar fəaliyyətdə olsa da, əslində heç bir klubun fəaliyyəti yoxdur. Məlumatlı şəxs bildirir ki, adı çəkilən kəndlərdəki mədəniyyət evlərində və klublarda təxminən 50 yaxın adı olan özü olmayan ştat var və onların əmək haqqını isə şöbə müdiri alır.
Bildirilir ki, icra başçısıs Siraqəddin Cabbarov şöbə müdirindən hər ay 3 min manat “haqq” alır. Son iki ildə Saatlı Mədəniyyət və Turizm şöbəsinə ümumilikdə 600 min manatdan çox vəsait ayrılıb ki, həmin vəsaitin 350 min manata yaxını adı olub özü olmayan klubların, mədəniyyət evlərinin cari təmirinə “xərclənib”.
Mənbə idda edir ki, “yuyulan” vəsaitlərin 15 faizi rayon maliyyə şöbəsinin müdiri Namiq Bağırova, 50 faizi icra başçısı Siracəddin Cabbarova, yerdə qalanı isə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və iqtisadiyyat şöbəsinə çatıb. Sonuncu qurum isə yerdə qalan vəsaitin bir hissəsinə cari təmiri ört basdır etmək üçün kosmetik təmirə xərcləyib.
 Daxil olan məlumatda göstərilir ki,  Siracəddin Cabbarovun ağır vəziyyətə saldığı ikinci büdcə təşkilatı isə rayon Təhsil Şöbəsidir. Şamil Nurullayevin rəhbərlik etdiyi Təhsil Şöbəsinin nəzdində 49 məktəb var və bu təhsil ocaqlarında 3 minə yaxın müəllim heyyəti çalışır.
Saatlıda təhsilin səviyyəsinin həddindən aşağı olduğunu və bir çox kəndlərdə dərslərin formal olaraq keçirildiyi məlumatda xüsusi olaraq vurğulanır. Bildirilir ki, şöbə müdiri Şamil Nurəliyev hər ay icra başçısına 5 min manatdan çox hesab verir. Şöbə müdirirnin əsas maxinasiya ortağı isə yenə də rayon Maliyyə İdarəsinin müdiri Namiq Bağırov olduğu qeyd edilir. 
Məlumatlı göstərilir ki, rayon təhsil şöbəsinə ayrılan vəsaitlərin müxtəlif adlarla silinməsi bir yana, Şamil Nuəliyevin əsas qazancı şişirdilmiş dərs saatlarıdır. Belə ki, bir çox kənd məktəblərində işləyən müəllimlərin adlarına yazılan dərnəklərin, müxtəlif dərs saatlarının əmək haqqını direktorlar vasitəsi ilə təhsil öbəsinin müdiri alır.
Mənbənin iddiasına görə rayon icra başçısı Siracəddin Cabbarov bütün büdcə təşkilat rəhbərlərini elə bir vəziyyətə salıb ki, aylıq haqq vermədən heç kim işləməyi xəyal belə edə bilməz. (pia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7207

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031