Balakən təhsili bərbad gündədəir

15.05.2014 - 12:25

Balakən təhsili bərbad gündədəir 

Balakən camaatı rayonda təhsilin səviyyəsinin sıfır nöqtəyə çatdını bildirir; Təhsil şəbəsinin müdiri Mahir Dibirovun başı Bakıda mənzil alışına və aldığı mənzillərin təmirinə qarışıb…
Balakəndə təhsilin vəziyyəti yerli sakinləri narahat edir. Narahatlığa səbəb rayon Təhsil Şöbəsinin müdiri Mahir Dibirov təhsili öz şəxsi biznesinə çevirməsi və buna görə də şagirdlərə təhsil verilməsinin ikinci plana keçirməsidir.
PİA.AZ-a bir qrup Balakənli adından ünvanlanan müraciətdə bildirilir ki, rayon məktəblərində, xüsusən də kənd məktəblərində dərs saatları bir qayda olaraq formal xarakter daşıyır. Bir çox hallarda ya dərs saatları boş keçirilir, ya da müəllimlər sinifdə laqqırtı vurmaqla məşğul olurlar.
Şikayətdə bildirilir ki, Balakənin Püştətala, Qazabinə, Gərəkli, Kortala, Qullar, İtitala, Poştbinə və Katex kimi böyük kəndlərdəki məktəblərdə təhsilin səviyyəsi sıfıra bərabərdir. Həttə bəzi siniflər bağlanmaq dərəcəsinə çatsada rəhbərlik bəzi gəlirlərdən mərhum olmamaq üçün boş dərs saatlarına göz yummaqdadır. 
Qeyd edək ki, Balakən təhsil şöbəsinin nəzdində 49 ümumitəhsil məktəbi fəaliyyət göstərir və 2000 yaxın müəllim işləyir.  Şikayətdə göstərilir ki, rayon təhsil şöbəsinin müdiri Mahir Dibirov işi gücü ancaq qazanc əldə etməkdən ibarətdir. Son illər təhsil idarəsinə ayrılan vəsaitlərin müxtəlif avadanlıqların alınması, təmiri istifadəsi altında silinməsi və maxinasiyalardan Mahir Dibirovun yaxşı qazanc götürüldüyü qeyd olunur.
Şikayətçilər qeyd edir ki, Balakəndə uşaqlara təhsil verilmədiy halda Təhsil Şöbəsinin müdiri Balakəndə dəbdəbəli imarət tikib. Demək ki, rayon təhsil ocaqları Mahir Dibirovun şəxsi biznesinə çevrilib və o da dövlətin vətəndaşları oxutmaq üçün ayırdığı vəsaitlərin mənimsəyərək böyük gəlirlər əldə edir. 
Daxil olan şikayətdə o da iddia olunur ki, Mahir Dibirov Bakı şəhərində özünə 2 yeni mənzil alıb və hazırda həmin mənzillərin təmiri ilə məşğuldur. Qeyd olunur ki, Bakı şəhərində 1 mənzilin qiyməti orta hesabla 100 min dollardan aşağı olmadığına görə Balakən təhsil şöbəsinin müdiri Mahir Dibirov 2 mənzil üçün ən aşağısı 200 min dollardan artıq vəsait xərcləyib. Hazırda isə həmin mənzillərdə son dəbdə təmir işləri aparılır.
Şikayətdə o da göstərilir ki, ,  450 manat əmək haqqı alan təhsil şöbə müdiri 2 ev almaq üçün gərək 40 il işləyə və aldığı maaşı heç xərcləməyə.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7211

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031