“Qardian”: “ABŞ 124 ölkədə çevriliş hazırlayır”
“Qardian”: “ABŞ 124 ölkədə çevriliş hazırlayır”“Amerika bu əməliyyatlarına II Dünya Müharibəsindən sonra başlayıb”. “Axar.az” “Qardian”a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ tarixçisi Vilyam Blum çıxış edib. Tarixçi alim deyib: “ABŞ 1945-ci ildən bu yana 50-dən çox hökuməti devirməyə cəhd göstərib, 30 ölkədə seçki prosesinə burun soxub, 30 ölkəni bombalayaraq orada müxtəlif kimyəvi və bioloji silahlardan istifadə edib, xarici ölkə liderlərini aradan götürmək üçün çalışıb”. “Qardian”ın məlumatına görə, bir çox hallarda ABŞ ilə Britaniya bu məsələlərdə ortaq olub. Bu fikri müharibə müxbiri və salnaməçi Con Pilger də müdafiə edir: “Bu illər ərzində “bizim düşmən” anlayışımız kommunizm anlayışından İslama doğru keçdi. Bir çox cəmiyyətlər Qərbin hakimiyyəti altına düşüb. Strateji cəhətdən sərfəli və resursla zəngin ərazilər ələ keçirilib. Və bu planların həyata keçirilməsində Amerika xüsusi rol oynayıb”. “Qardian” əlavə edib ki, Pentaqon “xüsusi əməliyyat”larını hazırda 124 ölkədə aparır.
Short URL: http://www.cumhuriyyet.net/?p=7213