Etibar Əliyev əmanətlərə necə xəyanət etdi?

15.05.2014 - 14:27

Etibar Əliyev əmanətlərə necə xəyanət etdi?Əgər gələcəyiniz üçün pul tədarük etmək istəyirsinizsə, bunu nəbadə əmanət şəklində banka yerləşdirməklə reallaşdırasınız. Təcrübə göstərir ki, pul yığmağın dədə-baba qaydası daha etibarlıdır. Yəni artıq pulunuz varsa, evinizdəki seyfə qoyun, bankın seyfinə yox.     Konkretləşdirsək,  sabiq “Texnikabank”da və “Royal Bank”da  batan əmanətlər buna sübutdur. Hər iki bankın rəhbərliyinin maliyyə maxinasiyaları vətəndaşların başında çatladı.     Xüsusilə birincidə – “Texnikabank”da 38 milyona yaxın əmanətin batması kiçik rəqəm deyil. İllərdir  büdcədən sosial ipoteka kreditlərinə ayrılan vəsaitdən nə az, nə çox, 18 milyon manat artıq.     Xatırladaq ki, maliyyə fırıldaqları “Texnikabank”ın Bakı, Yasamal filiallarında baş vermişdi. İş üzrə müxtəlif vaxtlarda  Müşahidə Şurasının sədri Etibar Əliyev, İdarə Heyətinin sabiq sədri Samir Hüseynov, Bakı filialının rəhbəri Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov həbs ediliblər. Ümumilikdə 30-a yaxın bank işçisi dəmir barmaqlıqlar arxasındadır. Göründüyü kimi, “piramida” şəklində dələduzluq cinayətidir. Düzdür, hazırda proseslərin baş icraçıları Etibar Əliyev, eləcə də Samir Hüseynov azadlıqdadırlar. Lakin vətəndaşların 1 qəpiyi belə qaytarılmayıb.     İş Avropa Məhkəməsində     İş üzrə vəkil Nazim İsmayılov deyir ki, hazırda bir çox əmanətçinin şikayəti Avropa İnsan Haqları Məhkəməsindədir:   “İşlə bağlı 60 nəfərin şikayətinə baxılırdı. Hazırda onların yarısı ərizələrini Avropa Məhkəməsinə təqdim ediblər”.     N.İsmayılov deyir ki, məhkəmə əmanətçilərin hamısının hüquqlarını tanıyıb: “Burada incə məqam da odur. Məhkəmə öz növbəsində əmanətçilərin hüquqlarını tanıyıb. Banka yerləşdirdikləri pulların qaytarılmasını təsdiqləyib. Lakin burada manevr edirlər. Cinayət-Prosessual Məcəlləsinin 180,181-ci maddələrinə əsasən, zərər cinayət törətmiş şəxsdən tutulmalıdır. Burada “Texnikabank”la bağlanan müqavilə öhdəliyi də var. Müqavilələrin heç biri etibarsız sayılmayıb. Onların hər biri –  mədaxil kassa orderləri, əmanət kitabçaları qüvvədədir. Dəfələrlə ekspertiza keçirilib və sənədlərin qanuni olduğu təsdiqlənib.     “Zal Yusifov heç kimin pulunu qaytarmayacaq”     “Məhkəmə pulların qaytarılmasında məsul şəxs kimi Zal Yusifovu göstərir. Nəzərə alsaq ki, Zal Yusifov 15 il həbs cəzası alıb. Əmlakı isə müsadirə edilib. O, həbsdən çıxsa belə, heç kəsin pulunu qaytarası deyil”.       Bildirək ki, əmanətlər banka 2005-2008-ci illərdə 12 faizlə yerləşdirilib. Yeri gəlmişkən, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, “Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçilərin vurduğu zərərin əvəzini ödəməlidir”. Yəni bir qayda olaraq  cinayət nəticəsində əmanətçilərə vurulmuş zərəri hüquqi şəxs olan “Texnikabank” ödəməlidir.     Etibar Əliyev təqsirkar deyil?     Diqqəti çəkən baş verənlərdə bankın sabiq Müşahidə Şurasının sədrinin kölgədə qalmasıdır (sabiq bankirin cinayət işi  tamamilə fərqli epizodlar üzrə aparılır). Yəni bankın rəhbəri kimi o, məsuliyyətdən kənar saxlanılıb. Bu, belə əsaslandırılır ki, Müşahidə Şurasının sədri kimi o, 3 il 1 ay bankın Bakı filialını nəzarətsiz buraxıb. Hansı ki, bu da bank sistemində  rast gəlinməyən praktikadır. Əvvəla, banklar gündəlik 2 dəfə hesabat verirlər. Bundan əlavə, əmanət rəsmiləşdirilərkən yerləşdirilən məbləğlə bağlı məlumat mərkəzləşdirilmiş şəkildə bankın özünə göndərilir. Vəkil N.İsmayılov bu haqda belə deyir: “Filialın hesabat verməməsi ilə bağlı iddialar absurddur. Hər ilin yekununda audit keçirilir. Auditor tərəfindən həmin hesabat təsdiqlənir. Başqa tərəfdən Bakı filialı auditin nəticələrinə görə, illərlə yaxşıların sırasında olub. Cinayət hadisəsi ilə bağlı məsələlər gündəmə gəldikdən sonra bütün sənədlər gizlədildi”.     Sabiq bankirin pulu var?     Göründüyü kimi, pulların mənimsənilməsinə məsul şəxslərdən biri 15 il müddətinə həbsdə, digəri isə tamamilə sudan quru çıxmış vəziyyətdədir. Qeyd edək ki, bir müddət həbs həyatı yaşayan Etibar Əliyev 2012-ci ilin noyabrından azadlıqdadır. Düzdür, hazırda onun bankdakı payı xeyli azdır. Belə ki, 2012-ci ilin oktyabrında “Texnikabank” adını dəyişdirərək “Bank Technique” kimi fəaliyyətini davam etdirməyə başlayıb və E.Əliyev yeni bankda əvvəlki hüdudsuz səlahiyyətlərə malik deyil. Amma bu, onun tam səlahiyyətsiz və müflis olması anlamına da gəlmir. Birincisi, “Texnikabank”la bərabər,  “KredAqro” da onun nəzarətində idi. “KredoAqro”nun Həsən Əliyev 63 ünvanında yerləşən baş ofisi Etibar Əliyevin həyat yoldaşı Sevda Əliyevanın, “KredAqro”nun Abşeron və “Xalqlar dostluğu” filialları isə Etibar Əliyevin oğlu Kəramət Əliyevin adına olub. Son insidentə kimi “KredAqro”nun bütün bank əməliyyatları “Texnikabank”da aparılırdı. Bankın törəmə müəssisəsi olan “Alfa-Sığorta”da müştərilər çox yüksək faizlə sığortalanırdı. Həmçinin, Etibar Əliyevin yaxın dostu, “Texnikabank”ın Müşahidə Şurasının keçmiş üzvü Məcid Əsədov yüksək əmək haqqı ilə Eldar Cəfərova birinci müavin gətizdirilmişdi. Etibar Əliyevlə Eldar Cəfərov müxtəlif yollarla qazandıqları pullarla “Invest Kredit” İttifaqını yaratmışdılar. Həmin ittifaqın təsisçiləri isə Eldar Cəfərovun anası Xatın Cəfərova ilə Etibar Əliyevin oğlu Kəramət Əliyevdir. Lakin 2011-ci il dekabrın 22-də Kəramət Əliyevin “Invest Kredit” İttifaqındakı səhmləri Etibar Əliyevin həyat yoldaşı Sevda Əliyevanın bacısının, Xatın Cəfərovanın səhmləri isə Eldar Cəfərovun dayısı oğlunun adına keçirildi.     Pulu batan əmanətçilər isə hüquq mühafizə orqanlarından ƏDALƏT gözləməkdədir. Məhkəmə onların zərərçəkən kimi hüququnu tanıyıb. Zərərlərin ödənməsi üçün sabiq “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin məsuliyyətini və cavabdehliyini də tanısa, bu, HÜQUQA və İNSAN HAQLARINA böyük töhfə olacaq. Çünki vətəndaş bir banka əmanət yerləşdirəndə hansısa şəxslərə deyil, məhz Banka və Dövlətinə güvənir. Bu güvənə kimlərinsə kölgə salmasına yol vermək olmaz…   (publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7217

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031