İcra başçısı verdiyi sözə əməl etmir

16.05.2014 - 11:59

İcra başçısı verdiyi sözə əməl etmir

Balaxanı sakinlərinə qəsəbə yollarının təmiri və qəsəbəninin kanalizasiya sisteminin yenidən qurulması verilən sözə əməl edilmir
Sabunçu rayonundan PİA.AZ daxil olan şikayət məktubunda göstərilir ki, rayon icra başçısı Adil Vəliyev martın 29-da Balaxanı qəsəbəsi sakinləri ilə görüşdə verdiyi sözə hələki əməl etməyib.
Xatırladaq ki, ay yarım əvvəl Balaxanı sakinləri qəsəbədə yolların bərbad gündə olması, kanalzasiya xəttlərinin olmaması, həmçinin sakinlərdən bəzi sənədləri almaq üçün icra orqanları işçiləri tərəfindən rüşvət tələb edilməsinə etiraz olaraq   qəsəbəyə gedən yolu bağlamaqla etiraz aksiyası keçirmişdilər. Sakinlərin etirazından sonra rayon icra başçısı Adil Vəliyev Balaxanı qəsəbəsində vətəndaşlarla görüşərək vətəndaşların qaldırdıqları əsas problemlərin həlli istiqamətində işlər görəcəyini söz vermişdi.
Şikayətçilər bildirir ki, Sabunçu rayon icra hakimyyətinin nəzdində olan təşkilatlar yenə də vətəndaşlardan arayış və yaxud başqa sənədlər üçün rüşvət tələb edirlər. Bildirilir ki, Adil Vəliyevin verdiyi sözdən heç bir idarə müəssisə rəhbəri nəticə çıxartmayıb. Əgər çıxartsaydılar vətəndaşlardan ən adi arayış üçün belə rüşvət tələb etməzdilər.
Bundan başqa şikayətçilər bildirirlər ki, onlar yaxın vaxtlarda Balaxanı qəsəbəsinin yollarının təmiri və kanalzasiya xətlərinin çəkilməsi məsələsinin öz həllini tapa biləcəyinə ümid etmirlər. Çünki ötən müddət ərzində Sabunçu rayon icra hakimiyyəti bu layihələrin təsdiqini belə həyata keçirməyiblər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7236

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031