Azərbaycan əhalisi arasında 2 milyinluq müəmma

18.05.2014 - 00:51
Hökumət 9, reallıq isə 7 milyon deyir

 
Azərbaycanda əhalinin sayı 9, 5 milyon nəfəri ötüb. Dövlət Statistika Komitəsinin (DSK) hesablamalarına görə, Bu ilin birinci rübü ərzində ölkədə 38 211 uşaq doğulub, 14 788 nəfər isə dünyasını dəyişib. Əhalinin say tərkibinin yüksələn xətlə açıqlanması və rəsmi rəqəmlərin, qeyri-rəsmi məlumatlarla uzlaşmaması dəfələrlə müzakirə mövzusu olub. Əhalinin siyahıya alınması zamanı DSK-nın açıqladığı rəqəmlərlə, digər dövlət qurumlarının rəqəmləri arasında ziddiyyətlər ekspertlərin nəzərindən qaçmır.

İqtisadçı-ekspert Qadir İbrahirmli müsavat.com saytındakı məqaləsində əhalinin sayı ilə bağlı böyük saxtakarlığın olduğunu yazır. O, Təhsil Nazirliyi və Dövlət Statistika Komitəsinin rəqəmlərini analiz edərək uyğunsuzluq olduğu qənaətindədir. Belə ki, əhalinin sayının 9,5 milyon nəfəri ötməsi ilə bağlı rəsmi məlumata inansaq, belə çıxır ki, məktəb yaşlı uşaqların 33 faizi təhsil almır. “Əgər hökumət rəsmən elan edirsə ki, ölkədə əhalinin sayı 9,5 milyon nəfəri ötüb, onda 466 min nəfər şagirdin təhsildən kənarda qalması ilə bağlı izahat verməlidir. Ya da etiraf etməlidir ki, əhalinin gerçək sayı 7 milyon nəfərdən çox deyil.”
DSK-nın açıqladığı rəqəmlər yalnız rəsmi xarakter daşıyır. Belə ki, hazırda xaricdə yaşayan, təhsil alan, işləyən vətəndaşların sayı barədə dəqiq məlumat verilmir. Aydındır ki, göstərilən bu sayda insanın hamısı ölkədə yoxdur. İqtisadi və sosial vəziyyətlə əlaqədar regionlarda yaşayan əhalinin yarısı ya paytaxtda, ya da MDB ölkələrində ticarətlə məşğul olur.
Naxçıvan Muxtar Respublikasında yaşayan əhalinin sayı ötən ilə nisbətən 2 faiz artaraq 435 min nəfəri keçib. Muxtar Respublikanın Statistika Komitəsinin məlumatında belə deyilir. Reallıqda isə bu sayda insanın hamısı burada yaşamır. Onlar işlə bağlı əsasən Türkiyəyə üz tuturlar. Bəziləri isə Bakı şəhərində məskunlaşır.
Azərbaycanda rəsmi qeydiyyatda olan insanlar başqa ölkələrə getdikdə buradakı qeydiyyatdan çıxmırlar və onların da statistikası yaşadıqları ərazilərə uyğun aparılır. Yəni, harada qeydiyyatda olublarsa, adları həmin məntəqələr üzrə Dairə Seçki Komissiyalarında göstərilir. Bu gün xarici ölkədə yaşayan azərbaycanlı həmin ölkədə seçkidə iştirak edə bilər. Amma onun adının qeydiyyatda olduğu məntəqədən çıxarılması ilə bağlı məlumatlar verilmir. Əksər hallarda, onlar qeydiyyatdan çıxarılmır. Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi internet səhifəsinə baxsaq, burada dairələr üzrə qeydiyyatda olan şəxslərin ümumi sayı göstərilib. Xarici ölkədə yaşayan, səsvermə hüququ olan şəxslərin siyahısı və sayı barədə məlumatlara rast gəlinmir.
Ölkədə əhalinin say tərkibi ötən il prezident seçkisi zamanı əsas mübahisə mövzularından idi. Belə ki, MSK-nın üzvü Akif Qurbanov MSK-nın seçici siyahısı ilə Dövlət Statistika Komitəsinin açıqladığı əhali sayı arasında kəskin fərq olduğunu bildirib. O, prezident seçkisinin yekunu haqqında MSK protokoluna dair xüsusi rəyində göstərib ki, MSK-nın verdiyi məlumata gorə, qanunvericiliyə uyğun olaraq, 5 milyondan artıq qeydə alınmış seçicinin adını əks etdirən yekun seçici siyahısı 14 sentyabr tarixində dərc olunmuşdur. Bu rəqəm DSK-nın açıqladığı rəqəmlə kəskin surətdə fərqlənib. DSK-nın verdiyi məlumata əsasən, 2013-cu il yanvarın 1-nə olan məlumata gorə yaşı 18-dən yuxarı olan ölkə əhalisinin sayı təxminən 6,8 milyona bərabərdir. Nəticə olaraq aydın olur ki, yekun seçici siyahısında olan seçicilərin sayı DSK məlumatında göstərilən seçki hüququna malik şəxslərin sayından 1,8 milyon az olub.
Akif Qurbanov bildirdi ki, DSK ilə MSK arasındakı rəqəmlərin uyğun və ya uyğunsuzluğu ilə bağlı cari ilin may ayının sonunda dəqiq informasiya əldə etmək mümkün olacaq. “Seçici siyahıları hər il yanvar ayında araşdırılır, may ayında təsdiqlənir.”
Onun sözlərinə görə, seçici siyahılarını MSK-ya müxtəlif icra qurumları təqdim edir. Bu siyahıları MSK araşdırmalı və təsdiq etməlidir. “Miqrasiya ilə bağlı dəqiqləşdirmələr də aparılmalıdır. Ola bilər ki, bir şəxs burada qeydiyyatdadır, amma illərlə başqa bir yerdə yaşayır. Bu insanların adı yerlərdəki qeydiyyatdan çıxarılmalıdır. Bir nəfərin iki yerdə səs verməsi mümkün deyil. O cümlədən, hərbi xidmətdə olan əsgər eyni zamanda həm hərbi hissədə, həm də qeydiyyatda olduğu ünvanda səs verə bilməz,” Qurbanov əlavə etdi.

Seymur Kazımov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7248

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031