Qarabağ erməniləri Laçında həmsədrlərə hücum etdi

18.05.2014 - 01:54
Minsk qrupu rəhbərlərinin avtomobilinin qarşısını əllərində plakat
tutmuş bir qrup erməni kəsib

 
Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor
Popov (Rusiya) və Jak For (Fransa) Dağlıq Qarabağ münaqişəsi regionuna
səfərə gəliblər. Vasitəçi
diplomatlar səfərə birbaşa Qarabağdan başlayıblar. Onlar Ermənistandan
avtomobillə Zod aşırımından keçərək Azərbaycanın işğal altındakı
Kəlbəcər rayonuna gəliblər. Oradan isə işğal altındakı Laçın rayonuna
yollanıblar.

Laçın şəhərində həmsədrlərin avtomobilinin qarşısını əllərində plakat
tutmuş bir qrup erməni kəsib. Yolu bağlayan ermənilər əllərində “Bura
bizim torpağımızdır, onu heç kimə vermərik!”, “Demokratik prinsiplərə
hörmət edin!”, “Bir qarış da torpaq vermərik!”, “Artsax torpağında
xarici əsgərlərə yox!”, “Biz öz seçimimizi 1991-ci ildə etmişik!” kimi
şüarlar yazılmış plakatlar tutublar.

Erməni qaynaqları xəbər verir ki, həmsədrlər avtomobildən düşərək
yolu kəsən ermənilərin tələblərini dinləməli olublar. Daha sonra onların
hərəkətinə icazə verilib və həmsədrlər bu saatlarda qondarma “DQR
prezidenti” Bako Saakyanla görüşməli idilər. Sabah isə həmsədrlər təmas
xəttini keçərək Bakıya gələcəklər.Laçın rayonunda qanunsuz
məskunlaşdırılmış ermənilərin həmsədrlərin yolunu kəsməsinin səbəbi
ABŞ-dan olan həmsədr Ceyms Uorlikin bu günlərdə Vaşinqtondakı Karneri
Fondunda etdiyi çıxış olub. Xəbər verildiyi kimi C.Uorlik Dağlıq Qarabağ
münaqişəsinin həll prinsiplərini rəsmi Vaşinqtonun mövqeyi olaraq
açıqlayıb. Bu prinsiplərə görə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş
rayonlar boşaldılmalı, məcburi köçkünlər həmin rayonlara geri
qaytarılmalıdır.

Amerikanın mövqeyinə görə ermənilər Laçın və Kəlbəcər rayonlarını da
boşaltmalıdır, ancaq Laçın rayonu ərazisindən Dağlıq Qarabağı
Ermənistana birləşdirən dəhliz ayrıla bilər. Həmçinin münaqişə
regionunda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi prinsipi də
Uorlikin bəyanatında əks olunur. Dağlıq Qarabağ bölgəsi isə müvəqqəti
statusa malik olmalı, yekun statusun müəyyən edilməsi sonrakı mərhələdə
baş verməlidir.

Bu bəyanatın ardınca həmsədrlər regiona səfərə yollanıblar və səfər
çərçivəsində Kəlbəcərlə Laçına da baş çəkəcəklərini bildiriblər.
Göründüyü kimi ermənilər ABŞ-ın mövqeyindən narahat olaraq həmsədrlərin
qarşısını kəsməyi qərara alıblar.

virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031