Azərbaycandan ABŞ-a mənasız pul axını

18.05.2014 - 10:29

Azərbaycandan ABŞ-a mənasız pul axını

Azərbaycan bu ölkədə lobbiçiliyə ən çox pul xərcləyən 10 ölkə sırasında
Nurəddin Məmmədli: “Azərbaycan lobbiçilik fəaliyyətində uğur qazana bilmir və bu istiqamətdə xərclənən pullar hakimiyyətin ifşası ilə nəticələnir”
Amerika qanunverici orqanlarında şəffaflığın təmin olunması ilə bağlı analizlər aparan “Sunlight Foundation” təşkilatı Konqresdə lobbiçilyə ən çox pul ayıran ölkələrin siyahısını dərc edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan bu siyahıda 10-cu pillədə qərarlaşıb. Il ərzində Azərbaycan lobbiçillik fəaliyyətinə 2,3 milyon dollar vəsait xərcləyib.
Qeyd edək ki, ABŞ-da hələ 1947-ci ildə lobbi fəaliyyəti haqqında qanun qəbul edilib. Lobbiçiliklə bağlı olan münasibətlər bu qanunla tənzim olunur. Lobbiçilik açıq şəkildə həyata keçirilən fəaliyyət növüdür. ABŞ dünyanın ən qüdrətli dövləti olduğundan ən müxtəlif ölkələr burda daha yaxşı tanınmaq üçün lobbiçilərin xidmətindən istifadə edir.
Dünyada Azərbaycandan qat-qat varlı ölkələr var ki, onların adı bu siyahıya düşməyib. Hansıki, həmin ölkələrdə bir şirkətin illik dövriyyəsi Azərbaycanın büdcəsindən çoxdur.  Ümumiyyətlə, Azərbaycan bu qədər vəsaiti lobbiçilik fəaliyyətinə ayırıdığı halda, nəyə nail ola bilib? Azərbaycan üçün önəmli olan məsələlərdə uğur əldə edə bilmişikmi?
Əgər söhbət Azərbaycanın real vəziyətinin təbliğindən gedirsə, bunun üçün milyonlar ayırmaq Azərbaycan hökuməti üçün maraqlı deyil. Belə olan halda onu demək olar ki, Azərbaycanın milyonları dünyaya ölkəmiz haqqında real olmayan informasiyaları çatdırmaq üçün sərf olunur.
Digər tərəfdən bu gün hakimiyyət təmsilçilərinin ABŞ-a qarşı aqressiv münasibəti də, lobbiçilik fəaliyyətinə təsir edən faktordu.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, bu istiqamətdə aparılan iş əks effekt verir və hakimiyyətin ifşası ilə nəticələnir: “Lobbiçilik fəaliyyəti qərb siyasətinin ayrılmaz hissəsidir. Uzun illər ərzində ayrı-ayrı ölkələr bu istiqamətdə böyük addımlar atıblar və müxtəlif formada ölkələrinin təbliğatını aparırlar. Azərbaycan da bu istiqamətdə əvvəllər müəyyən addımlar atırdı. Ancaq, son illər bu siyasət iflasa uğradı və dünyanın hər yerindən tənqidi fikirlər eşidilməyə başladı. Azərbaycan tipli ölkələr bu sferada da korrupsiyanı gündəmə gətiriblər. Bu istiqamətdə xərclənən pullar dövlətə uğur gətiməkdən daha çox, dövləti gözdən salmağa xidmət edib. Bu gün ABŞ və Avropada xeyli şirkətlər fəaliyyət göstərir və məlum olur ki, Azərbaycan məmurları və onların övladları bu şirkətlərin sahibidilər. Tez-tez eşidirik ki, həmin məmur övladları beynəlxalq mətbuatın hədəfinə gəlir, tənqid olunur. Məlum olur ki, xaricdə xərclənən pullar çirkli pullardı və bu da skandala səbəb olur. Hətta Azərbaycanla işbirliyinə görə, insanlar öz ölkələrində töhmətlə üzləşir, tənqid hədəfinə çevrilir. Bu gün lobbiçilik istiqamətində xərclənən pullar, sonda hakimiyyətin ifşasına yönəlir. Azərbaycan bu istiqamətdə uğur qazana bilmir və Azərbaycan üçün bu bitmiş bir məsələdi”.
Rəsul Cəfərov: “Bu istiqamətdə xərclənən pullar hakimiyyətin müsbət imicinin formalaşdırılmasına xidmət edib”
Hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, lobbiçilik fəaliyyətinə xərclənən pullar hakimiyyətin müsbət imicinin formalaşmasına yönəlir: “Lobbiçilik fəaliyyəti hamının qəbul etdiyi və bütün ölkələrin istifadə etdiyi bir sahədir. ABŞ-da bununla bağlı xüsusi prosedurlar var. Bu sferada xərclənən pullar 2 istiqamətdə olur. Azərbaycan təşkilatları vasitəsilə və Azərbaycanın xarici şirkətlətlər vasitəsilə  xərclədiyi pullar. Hesab edirəm ki, bu istiqamətdə xərclənən pullar hakimiyyətin müsbət imicinin formalaşdırılmasına xidmət edib. Çünki, lobbiçilik fəaliyyəti nəticəsində nə Qarabağ məsələsində uğur əldə olunub, nə də Azərbaycanın tanıdılmasında nəaliyyət var. Bu pulların necə xərclənməsi, hansı nəticələrin əldə olunması ilə bağlı araşdırma aparılmalıdır. Çünki, xeyli sayda cavabsız qalan suallar var”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7260

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031