Nazirliklə “Bakcell”in davasında yenilik

18.05.2014 - 13:25

“Azərfon”la proses davam edir

Məhkəmə qarşılıqlı iddianı rədd etdi, qətnamə qismən ləğv edildi

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin “Bakcell” şirkətinə qarşı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə nöqtə qoyulub.

Bu barədəMia.az-adaxil olan məlumata görə, may ayının 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə “Azetelekom” İB-nin”Bakcell LTD” MMC-yə qarşı dəymiş ziyanın və
dəbbə pulunun cavabdehdən tutulması tələbindən bəhs edən şikayətinə baxılıb: “Hakim 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsini qismən ləğv etməklə yanaşı, hər iki tərəfin qarşılıqlı şikayətlərini də rədd edib. Birinci məhkəmə instansiyasının qətnaməsinin qalan hissəsi isə dəyişdirilmədən saxlanılıb. Yəni bu o deməkdir ki, “Bakcell” “Aztelekom”a borcunu ödəyəcək. Lakin dəbbə borcu ilə bağlı iddia təmin edilməyib”.

Məlumatda o da bildirilir ki, “Aztelekom” İstehsalat Birliyinin rəhbərliyi hakim Cahangir Yusifovun qətnaməsindən razı deyillər: “Birlik çox böyük ehtimalla Ali Məhkəməyə şikayət edəcək”.

Xatırladaq ki, analoji şikayət “Azərfon” MMC-yə qarşı da var. “Aztelekom” İB “Azərfon”u da (Nar Mobile) eyni hal üzrə ittiham edərək, məhkəməyə verib.

“Azərfon”a qarşı borc və vurulmuş
zərərin ödənilməsiylə məqsədiylə “Aztelekom” tərəfindən verilmiş şikayət hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Həmid Həmidovun icraatındadır: “Rabitə qurumunun “Azərfon”a qarşı şikayətinə may ayının 22-də hakim Həmid Həmidovun sədrliyi ilə baxılacaq”.

Xatırladaq ki, daxil olan məlumatlarda hər iki şirkətə qarşı məhkəmə iddiası qaldırıldığı bildirilir. Məlumatda o
da bildirilir ki, hər iki şirkətin “Aztelekom”a borcu ölkədaxili və beynəlxalq
danışıqlar zamanı birliyin ötürücülərindən istifadəyə görə qanunla nəzərdə
tutulmuş ödəmələri bu günədək həyata keçirməmələrindən yaranıb: “Sözügedən
şirkətlərin abunəçilərinin danışıqları “Aztelekom”un nəzarətində olan ötürücü
stansiyalar tərəfindən həyata keçirilir. Müqaviləyə əsasən, bu zaman hər
danışıq dəqiqəsinə görə birliyə pul ödənilir. Həm “Azərfon”, həm də “Bakcell”
isə bu pulu ödəməkdən yayınırlar. Ona görə də məhkəmə mübahisəsi ortaya çıxıb”.

Mia.az

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=7267

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930