Göyçay bazarında gərginlik davam edir

18.05.2014 - 14:00

Satıcılar qalmaqda, icra strukturları onları köçürməkdə israrlıdır

Onların müdafiəçisi Taleh Xasməmmədova problemlər yaradılır

“Bazarın dörd bir yanında polis postu qurulub. Alıcıların
giriş-çıxışına problem yaradılır” – bunu “Azadlıq”a Göyçay rayonun
mərkəzində yerləşən, 300 nəfərin işlədiyi Ticarət Mərkəzinin satıcıları
deyiblər. Sahibkarların sözlərinə görə, bazarı Nəqliyyat nazirinin
xalası oğlu, rayonun icra başçısı Mənsur Məmmədovun tapşırığıyla
sökürlər.

“Məqsəd satıcıları rayonun Cəyirli kəndində tikilən bazara
yönləndirməkdir. Biz isə bununla razı deyilik. Heç kim rayonun
mərkəzindən 4-5 kilometr yolu qət edib Cəyirli bazarına getməyəcək.
Bundan başqa, yeni bazarda yer haqları bahadı, dükan və piştaxtalarda
alver etmək üçün almalısan. Biz razı deyilik. Maşınları bazara
buraxmırlar. Məcbur qalırıq ki, məhsullarımızı əlimizlə daşıyıb bazara
gətirək. Insanları bu bazardan uzaq tutmağa çalışırlar. Bizim üçün bura
rahatdır, rayonun mərkəzidir. Illərdir ki, buradan alver edirik”, – deyə
ticarətçilər etiraz edirlər.

Sahibkarlar onu da bildirdilər ki, Cəyirli bazarında yer götürən
satıcıların bir çox qonşu rayonlara üz tutublar: “Çünki orada alver
getmir. Məhsulları satılmadığından mallar xarab olur. Əvvəllər
deyirdilər ki, kim bazarda işləmək istəməsə, pulu qaytarılacaq. Indi isə
aldanan satıcılara ödədikləri məbləğlər geri qaytarılmır”. Satıcıların
hüquqlarını qoruyan hüquq müdafiəçisi Taleh Xasməmmədova da problemlər
yaradılır. O bir neçə dəfə xəbərdarlıq mesajı alıb. Ancaq buna
baxmayaraq hüquq müdafiəçisi öz işini həyata keçirir.

Satıcıların dedikləriylə isə Göyçay rayon Icra Hakimiyyəti
razılaşmır. Icra hakimiyyətin sözçüləri bazarın sökülməsində icra
başçısı Mənsur Məmmədov faktorunu inkar edirlər.

Qeyd edək ki, Göyçayın icra başçısı Mənsur Məmmədov nəqliyyat naziri
Ziya Məmmədovun xalası oğludur. Rayonun da  Ziya Məmmədovun
kurasiyasında olduğu iddia edilir.

Ramin DEKO

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7272

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031