Əliyev böyük seçim qarşısında…

19.05.2014 - 10:33

Əliyev böyük seçim qarşısında…

Azərbaycan Avropaya inteqrasiyanı seçəcəkmi?
Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri Azərbaycan hakimiyyətini çətin vəziyyətə salıb. Iqtidar mətbəxindən “Azadlıq”a sızan məlumatlara görə,  Ollandın səfəri zamanı əsas müzakirə mövzusu olan Assosiasiya sazişinin imzalanması məsələsində Azərbaycan hakimiyyətinin manevr imkalarının tükəndiyi bəlli olub. Yəni, ölkə başçısı Ilham Əliyevdən bu məsələ ilə bağlı qəti mövqe istənilib.
Qeyd edək ki, artıq iyunun 27-də daha iki ölkə – Gürcüstan və Moldova Assosiasiya sazişini imzalayacaq. Beləliklə, Azərbaycan GUAM ölkələri sırasında Assosiasiya sazişini imzalamayan yeganə ölkə olacaq. Azərbaycanın bu məsələdə dirənişi Rusiya ilə münasibətləri gərginləşdirməməkdən  ötrüdür. Hökumət bu günə qədər konyunktur balans siyasətini davam etdirməklə, həm Qərbin, həm də Rusiyanın xoşuna gəlmək istəyir. Lakin artıq vəziyyət elə həddə çatıb ki, Ilham Əliyev böyük seçim qarşısındadır.
Bəzi məlumatlara görə, Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozonun Azərbaycana səfəri də məhz bu məsələ ilə bağlıdır. Hətta iddialara görə, Azərbaycan hökumətindən də  Assosiasiya sazişini iyunun 27-də imzalamaq istənilir. Bu məsələ ilə əlaqədar məhz Barrozonun Azərbaycana göndərilməsi də təsadüfi deyil. Avropa Komissiyasının prezidenti Azərbaycan hakimiyyətilə xoş münasibətləri olan şəxs kimi tanınır. Görünür, Ilham Əliyevlə son danışığı dostu Barrozonun aparması məqsədəuyğun sayılıb. Diplomatiyada bu cür gedişlərə çox rast gəlinib.
Həmin ərəfədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri də bu proseslərlə əlaqələndirilir. Və Azərbaycanın mövqeyinin daha çox Türkiyənin bu məsələyə münasibətindən asılı olacağı güman edilir.
Bəs Davudoğlunun Əliyevə tövsiyəsi nə olacaq? Ekspertlərin fikrincə, Azərbaycanın Qərblə münasibətlərindəki gərginlik Türkiyəni ciddi narahat edir. Çünki Azərbaycanın Qərblə qarşıdurma vəziyyətində olması Türkiyənin həm siyasi, həm də iqtisadi maraqlarının ziyanınadır. Bu baxımdan, ekspertlər ehtimal edir ki, Türkiyə Azərbaycanın Qərblə yaxınlaşmasının vacibliyi mövqeyindən çıxış edəcək.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7283

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031