Şimali Koreya tarixində nadir üzrxahlıq

19.05.2014 - 12:55

Şimali Koreya tarixində nadir üzrxahlıq

Şimali Koreya rəsmiləri mənzilləri dağılan şəxslərdən üzr istəyib.
 
“Axar.az” xəbər verir ki, Şimali Koreya dövlətçilik tarixində bir ilkə imza atıb. Pyonqyanqda 23 mərtəbəli binanın çökməsi nəticəsində ölən yüzlərlə insana görə Ş. Koreya hökuməti xalqdan üzr istəyib. Qəzaya uğrayan binanın 92 mənzilindən bir nəfər də olsun sağ adam çıxmayıb və ümumilikdə 300 adamın öldüyü deyilir.
 
Ölkənin əsas informasiya agentliyi olan KCNA qəza haqqında məlumat verməyib. Qeyri-rəsmi məlumatlara görə, faciə keyfiyyətsiz inşaat məhsullarından istifadə üzündən baş verib.
 
Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı Cənubi Koreya yardım edə biləcəyini bildirib.
 
Xatırladaq ki, hadisə mayın 13-də baş verib və bu vaxta qədər gizli saxlanıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7296

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031