ABŞ vətəndaş cəmiyyətinin sıxışdırılması ilə bağlı Bakının açıqlamalarını qəbul etmir

19.05.2014 - 13:34

ABŞ vətəndaş cəmiyyətinin sıxışdırılması ilə bağlı Bakının açıqlamalarını qəbul etmir

Rəsmi Vaşınqton yenidən Azərbaycan hökumətini Avropa Şurası Nazirlər Kabinetində sədrliyi nəzərə almaqla insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb. Bu barədə ABŞ-ın bu qurumdakı nümayəndəsi Kristofer Robinson bildirib.
“Biz ötən həftə vətəndaş fəallarının həbsi, təqib və barələrində çıxarılan hökmlərlə bağlı Avropa İttifaqının narahatlığına dair Azərbaycanın açıqlamasını eşitdik və Bakının açıqlaması ilə bağlı öz narahatlığımızı bildirməliyik. Biz Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlərin davam etdiyini görürük”, – Robinsonun bəyanatında deyilir.
O həmçinin ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin bəyanatına istinad edib. O qeyd edib ki, Azərbaycanda jurnalistlərin təqib olunması ölkədə KİV azadlığının vəziyyətini pisləşdirməkdə davam edir.
 
Vaşinqton Ermənistanın xeyrinə casusluqda ittiham olunan Rauf Mirqədirovun həbsindən dərin narahatlığını bildirib.
“Biz həmçinin aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa və onun həyat yoldaşı Arif Yunusa qarşı başlanmış istintaqdan çox narahatıq. Onlar dialoqun (ermənilərlə) qurulması ilə bağlı fəaliyyətdə (Rauf Mirqədirovun da iştirak etdiyi)  ittiham olunurlar.
Onlar Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məqsədilə dialoqu aktiv dəstəkləyiblər.
ABŞ hər iki tərəfi dialoqun qurulması və ermənilərlə azərbaycanlılar arasında inam tədbirlərinin yaradılması üzrə səyləri dəstəkləməyə çağırır.
Nəhayət, ABŞ mayın 6-da NİDA fəallarına qarşı məhkəmə hökmündən “dərin narahatdır”. Gənclərin uzun müddətə azadlıqdan məhrum edilməsi siyasi motivli hesab olunur, onlara qarşı ittihamlar məhkəmə aktları ilə təsdiqlənməyib”, – bəyanatda vurğulanır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7297

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031