Saatlıda talan olunan dövlət büdcəsi və icra başçısının aylıq haqqı
vasitəsi ilə yüz minlərlə manat dövlət vəsaiti mənimsənilib
Saatlı
rayon İcra Hakimiyyətinin başçısı Siacəddin Cabbarov rayon Mədəniyyət və Turizm
İdarəsi və rayon Təhsil Şöbəsi vasitəsi ilə dövlətin külli miqdarda vəsaitinin
mənimsənilməsinə imkan yaradır. Bu barədə Saatlıdan daxil olan məlumatda
bildirilir ki, icra başçısı büdcə təşkilatlarının rəhbərlərinə aylıq haqq
qoymaqla yanaşı onlardan təmir və avadanlıq üçün ayrılan dövlət vəsaitlərini
“silməyi” tələb edir.
Redaksiyamıza
daxil olan məlumatda bildirilir ki, Siacəddin Cabbarov rayon Maliyyə İdarəsinin
müdiri Namiq Bağırovla birlikdə büdcə təşkilatlarına ayrılan dövlət
vəsaitlərini “silmək” üçün idarə müdirlərindən saxta sənədlərin tərtib
edilməsini tələb edir. Ayrılan vəsaitlərin böyük bir hissəsi isə bilinməyən
MMC-lərə köçürülərək nəqdləşdirilir.
Məlumata əsasən icra başçısı əsas əməliyyatlarını Mədəniyyət
və Turizm İdarəsi və rayon Təhsil Şöbəsi vasitəsi ilə həyata keçirir. Qeyd edək
ki, son illər məhz bu iki qurum rayon icra hakimiyyətlərinin başçıları üçün
əsas “pul silmə” qurumlarına çevrilib. Daxil oloan məlumatda göstərilir ki,
Saatldı rayon Mədəniyyət və Turizm İdarəsinin nəzdində 16 mədəniyyət evi, 12
klub, 56 kitabxana, 1 mərkəz, 1 musiqi məktəbi, 1 rəsm qaleriyası və 1
tarixşunaslıq muzeyi var. İcra başçısı mədəniyyət və turizm şöbəsinin müdiri
Şərqiyyə Şahpələngovadan istifadə edərək maliyyə idarəsinin müdirir Namiq
Bağırovun əli ilə ildə bir neşə dəfə klublara, mədəniyyət evlərinə və
kitabxanalara ayrılan vəsaitlərin 50%-dən çoxunu nəğd şəkildə götürür.
Bildirilir ki, icra başçısıs Siraqəddin Cabbarov şöbə
müdirindən hər ay 3 min manat “haqq” alır. Son iki ildə Saatlı Mədəniyyət və
Turizm şöbəsinə ümumilikdə 600 min manatdan çox vəsait ayrılıb ki, həmin
vəsaitin 350 min manata yaxını adı olub özü olmayan klubların, mədəniyyət
evlərinin cari təmirinə “xərclənib”. Mənbə idda edir ki, “yuyulan” vəsaitlərin 15 faizi rayon maliyyə
şöbəsinin müdiri Namiq Bağırova, 50 faizi icra başçısı Siracəddin Cabbarova, yerdə
qalanı isə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və iqtisadiyyat şöbəsinə
çatıb. Sonuncu qurum isə yerdə qalan vəsaitin bir hissəsinə cari təmiri ört
basdır etmək üçün kosmetik təmirə xərcləyib.
Daxil
olan məlumatda göstərilir ki, Siracəddin Cabbarovun ağır vəziyyətə
saldığı ikinci büdcə təşkilatı isə rayon Təhsil Şöbəsidir. Şamil Nurullayevin
rəhbərlik etdiyi Təhsil Şöbəsinin nəzdində 49 məktəb var və bu təhsil
ocaqlarında 3 minə yaxın müəllim heyyəti çalışır. Saatlıda təhsilin
səviyyəsinin həddindən aşağı olduğunu və bir çox kəndlərdə dərslərin formal
olaraq keçirildiyi məlumatda xüsusi olaraq vurğulanır. Bildirilir ki, şöbə
müdiri Şamil Nurəliyev hər ay icra başçısına 5 min manatdan çox hesab verir.
Şöbə müdirirnin əsas maxinasiya ortağı isə yenə də rayon Maliyyə İdarəsinin
müdiri Namiq Bağırov olduğu qeyd edilir. Məlumatlı göstərilir ki, rayon
təhsil şöbəsinə ayrılan vəsaitlərin müxtəlif adlarla silinməsi bir yana, Şamil
Nuəliyevin əsas qazancı şişirdilmiş dərs saatlarıdır. Belə ki, bir çox kənd
məktəblərində işləyən müəllimlərin adlarına yazılan dərnəklərin, müxtəlif dərs
saatlarının əmək haqqını direktorlar vasitəsi ilə təhsil öbəsinin müdiri alır.
Mənbənin
iddiasına görə rayon icra başçısı Siracəddin Cabbarov bütün büdcə təşkilat
rəhbərlərini elə bir vəziyyətə salıb ki, aylıq haqq vermədən heç kim işləməyi
xəyal belə edə bilməz.
Qarşı
tərəfin mövqeyini dərc etməyə hazırıq…
Tural
Short URL: http://www.cumhuriyyet.net/?p=7309