ABŞ-dan Ərdoğanın yumruğuna cavab…

20.05.2014 - 13:16

ABŞ-dan Ərdoğanın yumruğuna cavab…

Jen Psaki: “Etirazçılara qarşı səbəbsiz yerə şiddət tətbiq olunmasını qınayırıq”
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Soma faciəsinin baş verdiyi ərazidə olarkən insanlardan birini yumruqlaması barəsində yayılan görüntülərə ABŞ-dan sərt cavab gəlib. 
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsu Jen Psaki Ərdoğanın Somada bir şəxsi döydüyünü əks etdirən videoya baxdıqlarını söyləyib: 
“Etirazçılara qarşı səbəbsiz yerə zor tətbiq olunmasını qınayırıq. Türkiyədəki qanunun aliliyini rəhbər tutaraq onlardan bu məsələ ilə bağlı açıqlama gözləyirik”.
Jen Psaki ABŞ-ın Soma faciəsinə görə Türkiyəyə yardım göndərməməsi məsələsinə də münasibət bildirib: “Türkiyə tərəfi mədəndə baş verən hadisə ilə bağlı ABŞ-dan yardım istəməyib. Əgər istəsəydi, ABŞ ora yardım göndərərdi”.
Xatırladaq ki, bir neçə gün öncə Somada kömür mədənində baş verən faciə yerinə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan etirazla qarşılanmışdı. Baş nazirin maşını daşa basılıb. Ərdoğan marketlərdən birinə girərək etirazçılardan gizlənib. Bu gün isə baş nazirin sığındığı marketdə bir şəxsi yumruqla vurmasını əks etdirən video internetə yüklənib. 
Qeyd edək ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Son məlumatlara görə, ölənlərin sayı 301-ə çatıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7324

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031