Əhmədzadənin toxunulmaz işçisi

20.05.2014 - 13:27

Əhmədzadənin toxunulmaz işçisi

Həmid Abbasov dövlətdən mənimsədiklərinin hesabına oliqarxa çevrilib; Kürdəmirin Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsində mənimsənilən yüzminlər…
Kürdəmirdən PİA.AZ verilən məlumata görə rayon əsas su idarələrindən biri hesab olunan Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinin müdiri Həmid Abbasov sözün həqiqi mənasında büdcədən mənimsədiyi vəsaitlər hesabına bölgəninin oliqarxlarından birinə çevrilib.
PİA.AZ-a daxil olan məlumatlarda göstərilir ki, Həmid Abbasov rəhbərlik etdiyi idarənin hesabına hər il yüz min manatlarla qazanc əldə edir və dövlət büdcəsinin talanı hesabına özünə böyük biznesa sahələri yaradıb.
Qeyd edək ki, Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsi su nasosları vasitəsi ilə Kür çayından Kürdəmir rayonunun 30-dan çox kəndinin su ilə təminatını və  40 min hektara yaxın əkin sahəsinin  suvarılmasını həyata keçirir.  İdarənin xidmət sahəsində ümumilikdə 575 km kanal, 48 nasos stansiyası, 85 hidrotexniki qurğu və 150-yə yaxın işçi var. Daxil olan məlumata əsasən idarə müdirinin qazanc yerlərindən biri nəzarətlərində olan kanalların lildən təmizlənməsi və il boyu bu kanalların cari təmir olunması əməliyyatıdır. Qeyd olunur ki, hər il Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinə 500 min manatdan çox vəsait ayrılır. Həmin vəsaitlər isə Həmid Abbasov tərəfindən mal matrealların, mexaniki qurğular üçün ehtiyyat hissələri, elektirik avadanlıqlarının təmiri, mexanizmlər üçün ehtiyyat hissələrin alınmasına istifadə olunur. Bildirilir ki, alınan mal-materialların qiymətlərinin bir neçə dəfə şişirdilməsi ilə yanaşı, Həmid Abbasov kanalların lildən təmizlənməsi üçün hər il qeyri-qanuni olaraq sudan istifadə edənlərdən pul yığır. Pul yığmaqdan imtina edənlərə isə müxtəlif səbəblərlə su verməyi yubandırır. Əkinin zay olacağından ehtiyat edən kəndli isə Həmid Abbasovun şantajına dözə bilmir və istənilən pulu verir. Həmid Abbasov haqqında icra hakimiyyətinə olunan şikayətlərə isə heç kim reaksiya vermir. Çünki Həmid Abbasov həmçinin İcra başçısının “çörək ağaclarından” biri hesab olunur.
Daxil olan məlumatda qeyd olunur ki, 2013-cü ildə Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinə 540 min manat, 2014-cü ildə isə 630 min manat vəsait ayrılıb. İdarə müdirinin müxtəlif maliyyə maxinasiyaları ilə ayrılan vəsaitin 50 faizini özünə götürdüyü və bu yolla külli miqdarda qazanc əldə etdiyi bildirilir. Bundan başqa həmid Abbasovun Kür çayından su vurulması üçün qurğuların istifadə etdiyi yanacaqlara və sürtkü yağlarına ayrılan vəsaiti bir neçə dəfə şişirdərək hər ay dövlətdən 30 tondan çox yanacaq və sürtkü pulu oğurladığı qeyd olunur. 
Məlumatda bildirilir ki, idarə müdiri əldə  etdiyi yanacağı və sürtkü yağlarını 5 qəpik ucuz qiymətə Yevlax rayonundakı yanacaqdoldurma məntəqəsinə  satır. Bundan başqa bildirilir ki, Həmid Abbasov idarənin balansında olan qurğuların bəzilərini yararsız kimi səndləşdirərək şəxsi təsərrüfatı olan iri sahibkarlara satır.
Mənbə iddia edir ki, Gəncəbasar zonasında böyük təsərrüfatların istifadə ediyi iri tutumlu su qurğularını və nasosları onlara məhz Həmid Abbasov satıb. 
Məlumatda o da göstərilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsində hər dəfə yoxlama aparanda külli miqdarad dövlət vəsaitinin mənimsənilməsi üzə çıxır. Ancaq Həmid Abbasov  həyata keçirdiyi korrupsiyaları üzə çıxaran yoxlama heyəti ilə münasibətlərini hər dəfə “düzəldə” bilir. Çünki ASC-nin Suvarma sistemlərinin istismarı sobəsinin mudiri Əjdər Cavadovun Həmid Abbasovla münasibətləri həmişə yüksək səviyyədə olur. Əjdər Cavadovun və təbii ki, ASC rəhbərinin payını hər ay vaxtı vaxtında yollayan Həmid Abbasov bu üzdən toxunulmaz hesab olunur.
Məlumata əsasən keçən il aparılan yoxlama nəticəsində idarə müdirinin 200 min manatdan çox dövlət vəsaitini mənimsəməsi fatkı üzə çıxıb. Ancaq Həmid Abbasov hərkəətə keçərək baş verən yeyintini Əjdər Cavadovun vasitəsi ilə yoluna qoyub. Yəni yoxlama aparan müvətişlər sonradan tərtib etdikləri sənəddə “dəvəni görmədiklərini” yazıblar. 
Daxil olan məlumatda həmçinin göstərilir ki, Həmid Abbasovun Kürdəmir rayonunun Çərtəyəz, Ərəbxana kəndləri ərazisində 200 hektara yaxın torpaq sahəsi və heyvandarlıq təsərrüfatı var. Bundan başqa rayonun mərkəzində bir neçə mağazası, Kürdəmir Yevlax yolunun üstündə isə restorana sahibdir.
Qeyd edək ki, Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinin müdiri Həmid Abbasovun digər obyektləri, Bakı şəhərindəki evləri, villası ilə bağlı redaksiyamıza göndərilən məlumatı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7326

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031