Putinin Krımı ilhaq eləməsinin müdhiş səbəb

20.05.2014 - 13:56

Putinin Krımı ilhaq eləməsinin müdhiş səbəb

Nüfuzlu “The New York Times”a görə, Rusiya yarımadanı müstəsna olaraq zəngin neft-qaz yataqlarına görə özünə birləşdirib; “bu, Ukraynanın energetik təhlükəsizliyi ilə bağlı ümidlərinə sarsıdıcı zərbədir…”
Rusiya Krımla birgə dəniz şelfini də öz nəzarətinə keçirib. Bu şelf potensial olaraq trilyonlarla dollar təşkil edən resurslara malikdir və Moskva ona sahiblənib. ABŞ-ın nüfuzlu “The New York Times” belə hesab edir. “Rusiya Krımın zəbtini guya vaxtilə ona məxsus olmuş ərazinin qaytarılması kimi qələmə verərək, son zamanlar Qara dənizdə kəskinləşən neft-qaz lixoradkasından diqqəti yayındırdı” – yazır məqalə müəllifi, jurnalist Uilyam Brod. 
“Ancaq Krımın birləşdirilməsi ilə neft-qaz yataqları üzərində hökmranlıq Ukraynanın energetik müstəqilliyinə çox güclü zərbədir” – müəllif belə hesab edir: “Hərgah, öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yarımadanın birləşdirilməsi ilə enerji qaynaqları arasında əlaqə yoxdur və neft-qaz Rusiyanı hətta heç maraqlandırmır da”.
Təhlili materialda daha sonra deyilir: “”Exxon Mobil”, “Royal Dutch Shell” və başqa iri kompaniyalar Qara dənizdə artıq geoloji kəşfiyyat işləri aparıb. Neft sahəsi üzrə bəzi analitiklərə görə, Qara dənizim potensialı Şimal dənizinin resursları ilə müqayisə oluna bilər. Amerikalı geoloq Uilyam Ryana görə, Rusiya Krımı özünə birləşdirməklə potensial olaraq “ən yaxşı” dərin neft yataqlarını əldə edib. Analitiklərin zənnincə, bu resursların istismarında yeganə əngəl sanksiyalar ola bilər. Çünki sanksiyalar Qərbin maliyyəsinə və texnologiyalarına çıxışı məhdudlaşdıracaq. Lakin onlar onu da qeyd edirlər ki, Rusiya Ukrayna milli qaz kompaniyasının Krım bölməsini artıq özününküləşdirib”.
Nəşr “neft-qaz lixoradkası”nın xronikasını da xatırladır: “İki ildən bir az artıq zaman öncə Rumıniya sahillərində iri qaz yatağı aşkar edilib. 2012-ci ilin aprelində Putin Qara dənizin şimal-şərq hissəsindəki Rusiya zonasında geokəşfiyyat aparmaq haqda “Eni” italyan şirkəti ilə anlaşma imzalayır. Həmin ilin avqustunda isə Ukrayna “Exxon”un rəhbərliyi altında olan şirkətlər qrupu ilə anlaşma imzalayır. O zaman məsələ belə qoyulmuşdu ki, Qara dənizdən neft-qaz çıxarılsın. Rusiya şirkəti olan “LUKoyl” da eyni müqaviləyə iddia edirdi. Lakin Kiyev “Exxon”un sifarişinə üstünlük verdi”.
Krımın Rusiyaya birləşdirilməsi haqda müqaviləyə nəzər salan müəllif orada belə bir frazanı aşkar edir: “Müqavilədə deyilirdi ki, Qara və Azov dənizlərinin dəniz sərhədlərinin müəyyən edilməsi beynəlxalq hüquqla tənzimlənəcək. Martın 24-də rumın qəzeti “Romania Libera” elan elədi ki, “Rumıniya və Rusiya (yeni dəniz sərhədi səbəbindən) qonşu olacaq” və ekspertlərin rəylərini nümunə gətirdi : Gürcüstan, Türkiyə, Bolqarıstan və Rumıniya “açıq konfliktdən qaçmaq üçün” Krımın ilhaqını gizli olaraq tanıyırlar”.
 “Nə olur-olsun, analitiklər təxmin edir ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra “Cənub axını” qaz kəməri layihəsi dəyişdiriləcək  – onu Türkiyə sularından, yan keçməklə yox, yeni əldə edilən akvatoriyadan aparmaqla çəkəcəklər. Hərçənd Ukrayna böhranı “Cənub axınını”nı gələcəyini şübhə altına alıb. Artıq indi Rusiyanın iddia elədiyi sularda neftin istehsalına gəldikdə, şirkətlər bildirir ki, onların Ukrayna ilə əvvəlki anlaşmaları havadan asılı vəziyyətdə qalıb. Lakin təhlilçilərə görə, regionda gərginliyin davam eləməsi və ABŞ-ın Rusiyaya təzyiqləri gücləndirmək istəməsi səbəbindən yaxın zamanlarda yeni müqavilələr çətin ki, imzalansın”, – deyə məqalədə qeyd edilir.
Xatırladaq ki, Amerika bu ilin aprelində qondarma Krım hökuməti tərəfindən milliləşdirilən “Çernomorneftqaz” şirkətinə qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatların ticarət nazirinin müavini Erik L.Xirşxorn bəyan edib ki, bu, “Rusiyanın Ukraynaya müdaxiləsi və Ukrayna aktivlərinin ekspropirasiyası”na görə Kremlin suçlanmasının energetik təzahürüdür.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7330

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031