Gəncə Səhiyyə İdarəsinin müdiri haqda şok məlumatlar

20.05.2014 - 21:42

Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri tabeliyində olan müəssisələrdən nə qədər “aylıq” toplayır?

 

 

Mətbuatın və cəmiyyətin diqqətində olan əsas mövzulardan biri, bəlkə
də birincisi ölkə səhiyyəsinin mövcud durumudur. Hər gün qəzetləri,
elektron informasiya vasitələrini düzgün müəyyən olunmayan diaqnozlar,
yanlış cərrahi müdaxilələr, səhv təyin olunan müalicə kursları
nəticəsində həyatından məhrum olanlar, öz doğmalarını itirənlər, ömürlük
şikəst qalanlar barədə tükürpədici, ürək ağrıdan məlumatlar verir.
Hətta elə gün olmur ki, gündəlik həyatda bu tip faktlarla
qarşılaşmayasan. Hər birimiz mətbuatdan olmasa belə, öz yaxınlarımızın,
doğmalarımızın, ya da tanışlarımızın başına gələn lazımsız və səviyyəsiz
müayinə, yeni xəstəliklərə rəvac verən müalicə hadisələrini eşidirik.
Yüzlərlə özəl və dövət tibb müəssisəsinin olduğu bir məmləkətdə ölkə
vətəndaşlarının mütləq əksəriyyəsi xarici ölkələrə üz tutur.

Etimadsızlıq o həddə çatıb ki, hətta dərman preparatları da xəstə
yaxınları tərəfindən xaricdən alınır. Öz maddi durumlarının səviyyəsinə
görə imkanlı təbəqə Avropa ölkələrinə, orta təbəqədən olanlar Rusiya və
Türkiyəyə, yoxsulluq içində çabalayan əksəriyyət isə İrana pənah aparır.
Müvafiq strukturlar, xüsusilə də Səhiyyə nazirliyi özünü görməməzliyə,
eşitməməzliyə vurmaqda davam edir. Səhlənkarlıq kimi qələmə verilən,
əslində mahiyyətcə cinayət xarakteri daşıyan möhtəkirlik
xüsusiyyətlərini özündə inkişaf etdirən səhiyyə sisteminə rəhbərlik
edənlərin günahsız insanların qətliamına reaksiya verməməsi,
hüquq-mühafizə orqanlarınınsa formal cinayət işləri açaraq, bir
müddətdən sonra həmin işləri cüzi cəzalarla bağlaması bir daha
cəmiyyətimizin yetərli reaksiyaya malik olmaması, hakimiyyətin isə
ictimai rəyə ən yaxşı halda tüpürməsinin nəticəsidir. Azərbaycan
səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır.

Heç şübhəsiz səhiyyəmizin bu qədər bərbad durumunda olmasında rüşvət
faktorunun mühüm rolu vardır. Məsələn, Məlumata görə Gəncə Şəhər Səhiyyə
İdarəsinin müdiri Mehman Rzayev şəhərdə fəaliyyət göstərən çoxsaylı
xəstəxana, poliklinikaların baş həkimlərindən “aylıq” alırsa, Gəncədə
necə normal səhiyyə sistemi qurula bilər? Rüşvət verən və alan üçün
səhiyyənin inkişafı çoxmu maraqlıdır?

Doğrudur, Səhiyyə idarəsinin müdirinin baş həkimlərdən aldığı hesabın
Gəncə şəhər icra başçısı Elmar Vəliyev üçün aldığını bildirdiyi
vurğulanır ki, buna üzrü qəbahətindən böyük deyilir. Normal fəaliyyət
göstərən bir müəssisədən kim nədən “aylıq” istəsin ki?

Məlumatda bildirilir ki, Gəncə səhiyyə idarəsinin müdiri
Mehman Rzayev şəhrdəki hər bir xəstəxana və poliklinika baş həkiminə
ayda qəbul etdiyi xəstə sayına görə hesab qoyub. Səhiyyə idarəsi
müdirinin hesab qoyduğu və hər ay aldığı xəstəxanalar isə
aşağıdakılardır:

Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyev – 2000 manat;

Abbas Səhəd adına xəstəxana baş həkim Nazim Əhmədov – 1500;

Göz xəstəxanası baş həkim Azər Məmmədov – 1500 manat;

6 saylı şəhər poliklinikası baş həkim Abuzər Mustafayev – 1000 manat;

1 saylı uşaq xəstəxanası baş həkim Mənzər Nəzərəliyev – 1500 manat;

 2 saylı uşaq xəstəxanası baş həkim Hafiz Abdullayev – 1500 manat;

2 saylı xəstəxana baş həkim Roza Qafarova – 2000 manat;

1 saylı poliklinikası baş həkim Xalidə Sadıqova – 1000 manat;

2 saylı poliklinika baş həkim İsa Babayev – 1000 manat;

3 saylı poliklinika baş həkim Rasim Hüseynov – 1000 manat;

5 saylı şəhər poliklinikası baş həkim Asim Kazımov – 1000 manat;

1 saylı uşaq poliklinikası baş həkim Gülxar Əsgərova – 1000 manat;

2 saylı uşaq poliklinikası baş həkim Hökümə Cəfərova – 1000 manat;

3 saylı uşaq poliklinikası baş həkim Alimə Orucova – 1000 manat;

4 saylı uşaq poliklinikası baş həkim Günay Tağıyeva – 1000 manat;

Uşaq stomotoloji poliklinikası ayda baş həkim Sevin Qarayeva –
1000 manat; Şəhər körpələr evi baş həkim Lətifə Kərimova – 1500 manat.

Siyahıdan göründüyü kimi, Səhiyyə İdarəsinin müdiri hər ay ən az bu qədər aylıq toplayır.

Mehman Hüseynovla bağlı məlumatlar bununla yekunlaşmır.  Onun
ümumilikdə şəhər xəstəxanalarının baş həkimlərindən ayda 25 min manat
vəsait toplamasından savayı da çox böyük qazanc yerləri mövcuddur.

Belə ki, şəhər səhiyyə idarəsinin baş həkimi ayda 50 min manatdan çox
qazancı başqa yollarla əldə edir. Buna bir çox xəstəxanların,
poliklinikaların adlarına yazılan dəftərxana ləvazimatları, cari
təmirlər və bəzi avadanlıqların guya alınması kimi maxinasiyaları da
daxildir.

Məlumatlı mənbə iddia edir ki, Mehman Hüseynov bir çox
poliklinikalara dəftərxana ləvazimatları alınması üçün ayrılan
vəsaitlərin yarısından çoxunu özünə götürür və lazım olan ləvazimatları
isə baş həkimlərin üzərinə yükləyir.  Etiraz edən isə tapılmır. Səbəbi
isə artıq bunun ənənə şəklini almasıdır. Bax elə bu səbəbdən kimsə
səhiyyənin inkişafını gözləməsin. Ən azından Gəncədə…

Aylıq gələn sərvəti isə Mehman Hüseynov boşuna xərcləmir. O, bu pulu
biznes sahəsinə yatıraraq, birə beş qazanır. Onun Gəncədə və Göygoldə
olan villaları da bu qazancın bəhrəsidir.  Edilən maxenasiyalar, yeyilən
pullarla bağlı növbəti araşdırmamızda xəbər tutacaqsınız.

Məsələyə münasibət bildirməsi üçün Mehman Hüseynovun sonu 31 ilə bitən nömrəsinə zəng etsək də, müdür telefonumuzu götürmədi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7340

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031