Elmin əsrlərlə izah edə bilmədiyi qeyri-adi hadisələr
21.05.2014 - 10:53
Elmin əsrlərlə izah edə bilmədiyi qeyri-adi hadisələr
Dünyada bəzən elə hadisələr baş verir ki, elm onları izah etməyə gücsüz qalır.
“Axar.az” bu hadisələrin bəzilərini təqdim edir.
“Mary Celeste”
Gəmi 1872-ci ilin 7 noyabr tarixində Nyu York limanından yola çıxıb. Gəmidə kapitan Brics, arvadı, kiçik qızı və 8 tayfa olub. Gəminin istiqaməti İtaliyaya olsa da, Cəbəllütariq boğazında tapılanda içində heç kim olmayıb. Heç bir qarşıdurma izinin rast gəlinmədiyi gəmidə isə kapitanın gündəliyindən savayı hər şey yerli-yerində olub. Gəmidə olan insanlardan isə bir daha xəbər çıxmayıb.
Tunqus partlayışı
Sibirin Tunqus bölgəsində 1908-ci ildə meydana gələn partlayışın səbəbləri indiyədək məlum deyil. Partlayış o qədər güclü olub ki, alimlər o cürünü Xirosimaya atılan atom bombalarından iki mindən artığının ancaq meydana gətirə biləcəyini deyir.
İldırım topları
Atmosferdə çox nadir halda rast gəlinən bir hadisədir. Bu olayla bağlı ən yaxşı təsdiq olunmuş fakt 1984-cü ildə baş verib. Belə ki, həmin ildə rus sərnişin təyyarəsinə girən ildırım topu təyyarənin salonu boyu sərnişinlərin başı üzərindən keçib. İldirim topunun heç bir səs yaratmadığı və təyyarəyə də hər hansı bir ziyan vurmadığı bildirilib.
Taos uğultusu
Dizel mühərrikinin yaratdığı səsə bənzər, uğultuya oxşar bu səs dünyanın dörd bir tərəfində insanlar tərəfindən eşidildiyi qeydə alınıb. Xüsusilə Amerika, İngiltərə və Şimali Avropada insanların bəzən uğultuya bənzər bu səsi eşitdiklərini deyiblər. 10 iyul 2011-ci ildə isə İngiltərənin Vudlənd qəsəbəsi sakinləri bu səsi 2 ay boyunca eşitdiklərini bildiriblər. Mütəxəssislər bu uğultuya bənzər səsin mənbəyini və səbəbini öyrənməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Roanoke kalonu
158-ci ildə Con Vaytın rəhbərliyindəki 121 kalonist hal-hazırda Şimali Karolinadakı Roanoke adasına gəlib çatırlar. Kalonlaşma müddətində ehtiyaclarını təmin etmək üçün İngiltərəyə qayıdan Con Vayt bir neçə il sonra adaya gəldikdə böyük şok yaşayır. Belə ki, kalondakı insanlardan heç bir iz qalmamış, kalon tamamilə boşalmışdı. Bu ada sonradan tarixə “qeyb olmuş kalon” olaraq düşür. Kalondakı insanlardan da heç birinə sonradan rast gəlinməyib.
Atlantida
“Google Ocean”dan əldə olunan görüntülərdən sonra yer kürəsindən silinən bu yer haqdakı əfsanənin gerçək ola biləcəyinə bir işarə olduğu deyilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=7355