Müdafiə nazirliyində müəmmali kadr islahatları

21.05.2014 - 21:14

Zakir Həsənovo adamlara vəzifə verir ki, həmin şəxslər  bundan əvvəl Azərbaycan ərazilərinin işğal
olunmasında adı hallananlardır

 

Son vaxtlar Müdafiə Nazirliyində aparılan uğursuz kadr
islahatları ölkə gündəmində ciddi narahatlıq doğurub. Bu islahatların peşəkarlıq,
döyüş təcrübəsi, geniş dünyagörüşü deyil, əsasən qohumbazlıq, tanışlıq və qisasçılıq prinsipləri əsasında həyata
keçirilməsi ölkənin müdafiə qüdrətinin artırılması işini sual altında qoyur.
Yeni təyinatlarda əsasən bir qayda olaraq sabiq müdafiə naziri tərəfidən xidmətdə
yol verdikləri ciddi nöqsanlara görə vaxtilə ordu sıralarından
uzaqlaşdırılanların yer alması isə cavabını gözləyən cox ciddi suallar
doğurur.  Elə təkcə son təyinat – g
eneral Elbrus Orucovun Müdafiə Nazirliyinin Əməliyyat
Baş İdarəsinə rəis təyin olunması hərbi mütəxəssislər tərəfindən geniş
diskussiyalara yol açıb. Bu təyinatın Azərbaycan ordusuna yaxşı heç nə vəd etmədiyini
vurğulayan ekspertlər  bildiriblər ki, g
eneral Elbrus Orucovun Laçının işğalının 22-ci ildönümü ərəfəsində Müdafiə
Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi ciddi
yanılışlıqdır. Hətta Laçın taborunun keçmiş komandiri Arif Paşa baş verənləri bütün Azərbaycan xalqının mənafeyinə
zidd bir addım kimi dəyərləndirərək qeyd edib ki,
Elbrus Orucovun rəis təyin olunması Azərbaycan SQ-nə, Azərbaycan
xalqına qarşı xəyanətdir.

Nəzərə almaq lazımdır ki, Əməliyyat Baş İdarəsi Baş
Qərargahın beyni hesab olunur. Bununla yanaşı, səsləndirilən fikirlər arasında
“Nəcməddin Sadıqov bu posta E.Orucov kimi bir şəxsi gətirməklə Azərbaycan
ordusunun olan-qalan etibarını da məhv etmək istəyir”, “təsadüfi adamlar orduda
ciddi postlara gətirilir” kimi ittihamların yer alması da Müdafiə Nazirliyində
aparılan uğursuz kadr islahatlarının bariz nümunəsi sayıla bilər . E.Orucovla
bağlı isatintaq materiallarına diqqət yetirmək kifayətdir ki, onun haqda tam təsəvvür
yaransın. O materiallarda Şuşanın işğalı zamanı ordu rəhbərliyinin, orada döyüşən
tabor  konadirlərinin hamısının E.Orucov
haqqındakı ifadələri yer alıb. Bu ifadələrin hamısında onun törətdiyi cinayətlər
və Şuşanın verilməsindəki “xidməti” aydın görünür. Onun, rəhbərliyin əmri
olmadan Şuşanı tərk etməsi və bunun ardınca polkovnik-leytenant olan bu şəxsin
general paqonu alması çox şeydən xəbər verir.

Təsadüfi deyil ki, hərbi ekspert РЎəsur Sümərinlinin
vaxtilə “İmpuls” qəzetində çap olunan E.Orucovla müsahibəsi də kifayət qədər
ciddi maraq dogurur: “Bəlkə də mənim həyatımda Şuşa məsələsi olmalı idi. Şuşa
olmasaydı, bəlkə də mən heç general rütbəsi almayacaqdım… ” Qəribə məntiqdir…

Bundan əlavə, ölkənin bir sira nüfuzlu siyasi
xadimləri də adı çəkilən nazirlikdə aparılan kadr islahatlarından narahat
olduqlarını ifadə ediblər. Ekspertlərin fikirlərində də bildirilir ki, Müdafiə
Nazirliyində o adamları hakimiyyətə gətirirlər ki, həmin şəxslər  bundan əvvəl Azərbaycan ərazilərinin işğal
olunmasında adı hallananlardır. Elburus Orucov da Şuşanın, Laçının işğal
olunmasında günahı olan adam kimi ittiham olunub. Bu adamı vaxtilə ordudan
uzaqlaşdırdılar, indi isə ən yüksək postların birində vəzifəyə təyin etdilər. 

Şuşanın, Laçının işğalına görə
hamı haqlı olaraq təkcə üstümüzə qoşun çəkmiş düşməni deyil, həm də o dövrdə
torpağımızın qorunmasına birbaşa cavabdeh olmuş müdafiə naziri Rəhim Qazıyevi
günahkar bilir. Şuşa itkisi Rəhim Qazıyevin ictimai bəraət almasına imkan
vermir. Rəhim Qazıyev nazir kimi Bakıda oturanda Elbrus Orucov Şuşada idi,
rayonun müdafiəsi ona tapşırılmışdı. O deyə bilər ki, mən əmri yerinə yetirmişəm,
belə deyiblər, belə də eləmişəm. Amma bu, heç nəyi dəyişmir: insanların Rəhim
Qazıyevə münasibəti ilə Elbrus Orucova yanaşması arasında bir fərq yoxdur. Bəs
nədən birinci təcrid olunduğu halda, ikinci Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilir,
qabağa çəkilir, mükafatlandırılır?

yaxud da təsadüfi adamlar orduda ciddi postlara gətirilir. Ən adi birini
ordunun tibbi təchizat şöbəsinə müdir qoyublar. Bu kimi çoxlu faktlar var ki,
yüksək vəzifə verilmiş hərbçilərin tərcümeyi halına baxanda görürsən ki, ya
qohumları Rusiyada yaşayır, ya da bu ölkə ilə əlaqələri var. 

Bu cür halların Azərbaycan tarixində də acı nümunəsi
var. Belə gedəcəyi təqdirdə Azərbaycanda istənilən təhlükəli adam hərbçi kimi
müəyyən əməliyyatlarda Azərbaycan dövlətini çox ciddi məğlubiyyətə uğrada bilər.Yeri gəlmişkən, Zakir Həsənovun müdafiə naziri təyin
olunduqdan sonra atdığı addımlar da təyinatlarda Rusiya faktorunun ciddi rol
oynaması ehtimalını gücləndirir. Peşəkar hərbçiləri, ordunun NATO sisteminə
keçidində ximəti olan generalları, zabitləri total şəkildə vəzifəsindən, hətta
ordudan uzaqlaşdıran Həsənov meydanı Rusiya hərbi elitası ilə isti münasibətləri
olan şəxslərə verib.

Heç təsadüfi deyil ki,
Zakir Həsənovun ilk əmrlərindən biri ehtiyatda olan general-mayor Anatoliy
Vasyakı Müdafiə Nazirliyində vəzifəyə qaytarması oldu.

Göründüyü kimi, Müdafiə
Nazirliyinin yeni rəhbərliyi hələ cox suallara cavab verməli olacaq. Bizə isə
verilən sualların cavabını gözləmək qalır.

Orxan
Həsənli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7366

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031