Hakimiyyətdə Əliyev uğrunda savaş

22.05.2014 - 11:44

Hakimiyyətdə Əliyev uğrunda savaş

Naxçıvan qruplaşması və Paşayevlər ölkə başçısına təsir imkanlarını artırmaq üçün amansız mübarizəyə başlayıblar
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin fövqəladə hallar nazirinin müavini təyin edilməsinin arxasında Naxçıvan qruplaşmasının bir araya gəlməsi dayanır. Bu barədə redaksiyamıza iqtidardakı mənbə məlumat verib.
“Heydər Əliyevin ölümündən sonra Naxçıvan və Qərbi Azərbaycanlıların ayrı-ayrı qruplara ayrılması, daha sonra Naxçıvan qruplaşmasının özünün də Ramiz Mehdiyev və Kəmaləddin Heydərovun rəhbərliyi ilə iki qola bölünməsi baş verdi və bu qruplar arasında şiddətli mübarizə başladı. 2005-ci ildə Əli Insanov və Akif Muradverdiyevin həbsi, ölkə başçısının əmisi Cəlal Əliyevin təcrid olunması ilə Qərbi Azərbaycan qruplaşması sıradan çıxarıldı. Bundan sonra Ramiz Mehdiyev və Kəmaləddin Heydərov arasında ikincilik uğrunda mübarizə şidətləndi. Bu isə Heydər Əliyevin vaxtında kölgəyə çəkilən Paşayevlərin önə çıxmasını şərtləndirdi. Iş o yerə çatdı ki, Paşayevlər hakimiyyətdə əsas söz sahiblərindən birinə çevrildilər. Hətta bir çox hallarda həm Ramiz Mehdiyevə, həm də Kəmaləddin Heydərova ciddi zərbələr vura bildilər. Bu isə nəhayətdə Naxçıvan qruplaşmasını bir araya gəlməsini zərurətə çevirdi”, – deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun birləşməsi Paşayevləri sıradan çıxarmaq, Ilham Əliyevə təsir imkanlarını artırmaq və beləliklə ölkəni tək qruplaşma olaraq yönətmək məqsədi daşıyır. Məlumatda bildirilir ki, hakimiyyətdəki nurçu savaşı da əslində Naxçıvan qruplaşması ilə Paşayevlər arasındakı qarşıdurmanın təzahürü idi. “Diqqət edin, nurçularla əlaqədə ittiham edilən məmurların əksəriyyəti Paşayevlərə yaxın şəxslər idi. Onlar haqqında kompromat materiallar isə daha çox Kəmaləddin Heydərova yaxın mediada tirajlanırdı”, – deyə mənbə vurğulayıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7368

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031