Quba İcra Hakimiyyətinin binasını hansı pulla təmir ediblər?

23.05.2014 - 13:11

Quba İcra Hakimiyyətinin binasını hansı pulla təmir ediblər?

Divarları uçan tikilinin xərcini yerli idarə və müəssisələrin rəhbərləri məcburi şəkildə çəkməli olublar 
Bir müddət əvvəl Quba rayon İcra Hakimiyyətinin yeni istifadəyə verilmiş binasının divarlarının uçması barədə məlumat vermişdik. JAM.AZ-ın əldə etdiyi məlumatda vurğulanırdı ki, binanın divarlarına vurulmuş üzlük daşları qoparaq, yerə düşməyə başlayıb. 
Həmin məlumatlarda qeyd olunurdu ki, binanın təmiri dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilib. Hətta bu məqsədlə bir neçə milyon manatın sərf olunduğu vurğulanırdı. Lakin son dəqiqləşdirməmizə görə, Quba İcra Hakimiyyətinin binası heç də dövlət büdcəsindən ayrılmış vəsait hesabına təmir edilməyib. 
JAM.AZ-a İcra Hakimiyyətindəki mənbələrdən verilən məlumatda deyilir ki, binanın təmirinə çəkilən bütün xərclər yerli idarə və müəssisə rəhbərlərinin hesabına ayrılıb. Daha doğrusu, bütün idarə və müəssisə rəhbərlərinə, həmçinin yerli icra nümayəndələri və bələdiyyə sədrlərindən məcburi qaydada pul yığılıb. 
Onu da bildirək ki, məlumatı həmçinin icra başçısının müavinlərindən biri də təsdiqləyib. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7401

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031