Gömrük Komitəsində “Sınıq Körpü” bazarlığı

24.05.2014 - 01:12

Gömrük əməkdaşları Gürcüstandan gələn soydaşlarımızın
özləri üçün aldığı ərzaq məhsulları əllərindən alır, etiraz edənlərə fizki təzyiqlər
edir

Gömrük əməkdaşları Gürcüstandan gələn soydaşlarımızın
özləri üçün aldığı ərzaq məhsulları əllərindən alır, etiraz edənlərə fizki təzyiqlər
edir

 

 

“Sınıq
Körpü” gömrük keçid məntəqəsində baş verən qanunsuzluqlar barədə dəfələrlə
məlumat vermişik. Bildirək ki, sözügedən gömrük keçid məntəqəsində sözün əsl mənasında
hərci-mərcilikdir. Elə buna görədir ki, “Sınıq Körpü” gömrük keçid məntəqəsi el
arasında “Dəli Domrulun körpüsü” adını alıb. Yəni “keçəndən 30 axça, keçməyəndən
döyə-döyə 40 axça” prinsipi bu məntəqədə hakimdir. Bu barədə bizə danışan mənbələr
də iddia edir ki, ən çox gəlir gətirən məntəqə olduğundan birbaşa olaraq Dövlət
Gömrük Komitəsinin rəhbərliyi bu “bespredel”də maraqlı tərəf kimi çıxış etməkdədir.
Yəni özbaşınalıq Aydın Əliyevə söykənir. Fakt da odur ki, bu məntəqədəki dəhşətli
durumla bağlı yuxarı instansiyalara edilən şikayətlər rəsmən qulaqardına
vurulur.

Redaksiyamıza
daxil olmuş məlumatda da məhz bu barədə – şikayətlərin nəzərə alınmamasından bəhs
olunur: “”Sınıq Körpü” gömrük keçid məntəqəsində acınacaqlı vəziyyət
höküm sürür. Belə ki, gömrük əməkdaşları Gürcüstandan gələn soydaşlarımızın özləri
üçün aldığı ərzaq məhsulları və.s əllərindən alınır. Hətda etiraz edəndə bizə
qarşı fizki təzyiqlər də edirlər. Dəfələrlə aidiyyatı qurumlara şikayət
etmişik. Lakin nədənsə bizim əsaslı şikayətimizə baxan yoxdu. Güya burda baş
verənlərdən Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin xəbəri yoxdur?

Demək olar ki, hər
gün burada belə arzuolunmaz hallar baş verir. Nə vaxt vəzifə salhiyyətlərini
aşan gömrükçülər barədə araşdırma aparılıb ki? Belə nəticəyə gəlmək olur ki,
yuxarıların xəbəri olsa da, faktlara bilərəkdən göz yumulur. Keçid məntəqəsinin
rəisi Kənan Nehrəmli açıq-aşkar bildirir ki, “bura mənim şəxsi obyektimdir,
pulunu vermişəm, necə istəyirəm elə də idarə edirəm”. Özü də gömrük keçid məntəqəsi
ölkənin giriş-çıxış qapısıdır. Görünür məqsədli olaraq ölkənin imicinə zərbə
vurmaq istəyənlər var. Axı buradan təkcə bizim vətəndaşlar yox, digər ölkənin vətəndaşları
da gedib-gəlirlər. Onların gözü qarşısında bu cür biabırçılıq yol verilməzdir.
Özü də burada işləyənlərə elə bil, kimsə bilərəkdən belə rəhfar etmələrini
tapşırıb. Bunlar nə qadın, nə qoca, nə uşaq bilirlər”.

Bildirək ki,
dia.az-a ünvanlanan şikayət məktubunda “Sınıq Körpü” gömrük keçid məntəqəsilə
bağlı daha ciddi məlumatlar da öz əksini tapıb. Hazırda həmin məlumatları
araşdırmaqla məşğuluq. Yaxın vaxtlarda geniş araşdırmanı təqdim edəcəyik. Deyilənlərə
münasibət öyrənmək üçün çoxsaylı cəhdlər etdik. Lakin zənglərimiz cavabsız
qaldı. Bütün bunlara baxmayaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tahir

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7412

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031