Ukrayna xalqı liderini seçəcək
Bu gün Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək.
Ölkənin baş naziri Arseniy Yatsenyuk ötən gün çıxışında bildirib ki,
Ukraynada mütləq qanuni yolla seçilmiş prezident olacaq və o, ilk
səfərini Avropa Birliyinin paytaxtına edərək, nəhayət AB ilə azad
ticarət zonası haqqında müqaviləni imzalayacaq.
Ukrayna prezidenti postu uğurunda 21 nəfər mübarizə aparır.
Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, ölkənin mərkəzi
seçki komissiyasında olan səsləri sayma proqramına hakerlər hüçum
ediblər və onu sındırıblar. Onun sözlərinə görə proqramı yenidən işə
salmaq vaxt aparcağı üçün səslər əl ilə hesablanacaq. Nazir qeyd edib
ki, belə olduğu təqdirdə səslər daha etibarlı hesablanacaq.
Ukrayna MSK-nın məlumatına görə, seçicilərin sayı təxminən 35,5 mln
təşkil edir, onlar ölkə üzrə 33,6 min seçki məntəqəsində səsvermə
hüququndan yararlana biləcəklər.
Seçkilər zamanı asayişi 65 min milis işçisi, 15 min FHN əməkdaşı və
17 min könüllü, Milli Qvardiya əsgərləri və hərbi məktəblərin
kursantları qoruyacaq.
Qeyd edək ki, seçkiləri ümumilikdə 3607 müşahidəçi izləyəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=7436