Türkiyədə Rəsulzadənin kitabı çapdan çıxıb
Məhəmməd Əmin Rəsulzadənin “Ihtilalçi Sosyalizm və Demokrasi” adlı kitabına ön sözü tarixçi alim Cəmil Həsənli yazıb
M.Ə.Rəsulzadənin 130-cü doğum ildönümü xatirəsinə həsr olunan bu
kitab, 28 May Istiqlal bayramı astanasında nəşr edilmişdir. Kitabın ön
sözünün müəllifi Prof. Dr. Cəmil Həsənlidir. Ön sözdə, M.Ə.Rəsulzadənin
yaşadığı siyasi mühit və onun fəaliyyətləri haqqında geniş bilgi
verilmişdir. Kitabın yazılarını seçib Türkiyə Türkcəsində çevirən,
Türkiyədə mühacirət həyatı yaşayan Güney Azərbaycanlı araşdırmaçı- yazar
Ramin Cabbarlıdır.
Kitab, Rəsulzadənin iki önəmli risaləsi və 10 digər yazısından
ibarətdir. Bu kitabda Rəsulzadənin daha çox sosioloji və fəlsəfi
yazıları seçilmişdir. Kitabın adı “Ihtilalçi Sosyalizmin Iflası” və
“Demokrasinin Gelecegi” adlı iki risalələnin adının birləşdirməsidir. Bu
iki risalə “Ixtilalçı Sosializmin Iflası və Demokrasinin Gələcəyi”
adıyla 1928-ci ildə “Milli Azərbaycan Nəşriyyatı”nın 8-ci sayısında
Istanbulda yayınlanmışdı.
“Ulusal Dayanışma”, “Millet Olmak Azmi”, “Milletçilik- Patriotizm”,
“Ulusal Birlik”, “Yanlış Terim Kullanmayalım”, “Millet ve Kavim”,
“Ulusal Ahlak”, “Idealistler Oportünistler, Bozguncular”, “Doğu Islam
Uygarlığında Azerbaycan”ın Rolu”, “Bibliyografya; Rical-i Azerbaycan Der
Asr-i Meşrutiyet” adlı yazılar isə kitabda yer alan digər yazılardır.
Kitabı Istanbulda “Doğu” nəşriyyatı yayınlamışdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=7437