Gəncə 25 saylı TSEK-də saxta əlillik sənədlərini necə və harda satırlar?
Səlim Müslümovun qadın məmurları Füzuli Ələkbərovun kişi məmurlarının “atalarına rəhmət oxutdururlar”
25 saylı TSEK iki ünvanda fəaliyyət göstərir; Gəncə 25 saylı TSEK
registratura şöbəsinə işə götürülən Aynur Kərimova istənilən adama
evində əlilik sənədi verir; Gəncədə “əlillik” almaq istəyən bütün pullu
adamlardan sənədləri, həm də pulları Aynur Kərimovanın Sabir küçəsində
yerləşən evində qəbul olunur…
Füzuli Ələkbərovun Səlim Müslümovla əvəzlənməsi ölkəninin sosial
feradakı bərbad vəziyyəti dəyişmədi. Baxmayaraq ki, Səlim Müslümov
dəvələrlə ölkə prezidentinin ondan bu sahədə qayda-qanun yaratmağı
tapşırdığını bildirsədə, yarım ildən artıq vaxt keçməsinə baxmayaraq,
hələ də yerlərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin şöbələri
korrupsiya və sosial ədalətsizlik mənbəyidirlər.
bir neçə gün sonra Səlim Müslümov TV-lərdə populist çıxışlar edərək
vəziyyəti düzəldəcəyinə dair vədlər səsləndirsə də, ölkə əhalisi onun bu
açıqlamalarını yüngülcə qımışmaqla qarşıladı. Hər halda sosial yardıma
və sosial ədalətə möhtac olan insanların yeni nazirə inanmamaları üçün
əllərində sas vardı. Çünki, Səlim Müslümov Azərbaycan Respublikası
DSMF-nun sədri olduğu zamanlar DSMF rayon şöbələrində kifayət qədər
biabırçılıqların olduğunu hamı xatırlayırdı. Bura ölülərin adına yazılan
pensiyalardan başlamış, saxta staj yazılması, fiziki və ya hüquqi
şəxslərin DSMF ödəmələrinin şəxsi vərəqələrinə işlənməməsi və ya uçotdan
yayındırma və s. onlarla məsələlər daxil idi.
səbəbdən S. Müslümov tərəfindən bir ayın içində bütün rayonların ƏSMM,
(qohumu olan Ağsu rayonu ƏSMM direktoru istisna olmaqla) və TSEK
sədrlərinin dəyişdiriləcəyini, bu yolla sosial sferada qayda-qanun
yaradacağı ilə bağlı verdiyi populist açıqlamalar hamı üçün görüntü
xarakteri daşıyırdı. Haqlı olaraq, mətbuat onda yeni naziri tənqid
edərək bildirirdi ki, Səlim Müslümov yeni bir planetdən gəlməyib,
Azərbaycanda nazir olub, indi də yerdəyişmə edilib. Onun hər hansı uğura
imza atması inandırıcı görünmür.
də oldu. Əvvəlki narazılığa yeniləri də əlavə olundu. Səlim Müslümovun
etdiyi islahat isə bəzi yerlərdə vəzifəyə qadınları gətirməsi oldu. Amma
nazirin qadın kadrları özünü doğrultmadı.
haqlı olaraq, ortaya sual çıxır. Səlim Müslümovun yarım illik nazirliyi
dönəmində nə dəyişdi? Bəlkə TSEK-lərdə vəziyyət dəyişdi? Əksinə, bu gün
TSEK-lərdə rüşvət daha da artıb. Rayonlarda ƏƏSM-lərdə ünvanlı
yardımlar vətəndaşlara yenə də əvvəlki qaydada verilir. Və yenə də
imkansız və sosial yardıma möhtac olan vətəndaşlar bir qırağa qoyulur və
hər cür imkanı olan insanlar rüşvət müqabilində dövlətdən sosial yardım
alırlar.
əsasən isə Səlim Müslümovun yeni qadın kadrları ümumiyyətlə bütün
həddləri aşıblar. Hətta iş o yerə çatıb ki, Gəncə 25 saylı TSEK iki
ünvanda faliyyət göstərir. Belə ki, daxil olan məlumata görə Gəncə 25
saylı TSEK registratura şöbəsinə işə götürülən Aynur Kərimova istənilən
adama evində əlilik sənədi verir. Bunun üçün sadəcə tələb olunan “haqq”
Aynur xanıma çatdırılmalıdır. Sonra isə problem həll olur və istənilən
sağlam adam əlilə çevrilir.
pullu adamlardan sənədləri, həm də pulları Aynur Kərimovanın Sabir
küçəsində yerləşən evində qəbul olunur. 25 saylı TSEK-in həqiqi ünvanı
olan Vəli Xuluflu, 8-də isə hər şeyin şəffaf olması görüntüsü
yaradılır.
qadın kadrları öz sələflərindən daha “fərasətlidirlər”. Çünki rəsmi
dövlət idarələrində ağ işlərini, öz evlərində isə qara işlərini həyata
keçirirlər. Hər halda etiraf olunmalıdır ki, Füzuli Ələkbərovun kadrları
bu qədər “fərasət” nümayiş etdirə bilmirdilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=7439