Müstəqim Məmmədov Tərtəri sökməyə start verib
Tərtərdə isə icra nümayəndələri yeni başçı üçün “xoşgəldin” pulu toplayırlar
yeni icra başçısı artıq rayon mərkəzini sökməyə başlayıb. Belə ki, Tərtərdən daxil olan məlumata əsasən “çiçəyi burnunda” icra
başçısı Tərtər şəhər icra nümayəndəsini yanına çağıraraq icra
hakimiyyətinin ətrafındakı yolların səkilərinə düzülən tamet üzlüklərin
sökülməsini və yeniləri ilə əvəzlənməsini göstəriş verib.
mərkəzi küçələrin gəzərək işıq dirəklərinin yaraqşılı olmadığının və
mütləq yeniləri ilə əvəzlənməsi gərəkdiyini bildirib. Mənbənin iddiasına
görə icra başçısı şəhər icra nümayəndəliyinə və digər müavinlərə
bildirib ki, Tərtər şəhərin işıq sisteminin yenidən qurulmasında Yexlax,
Bərdə işıq idarələri məşğul olacaq.
ki, artıq keçmiş icra başçılaırının apardığı abalıq və yenidənqurma
işlərinin yeni təyin olunan icra başçısı tərəfindən sökülməsi bir ənənə
halını alıb. Bununla dövlətə külli miqdarda ziyan vurulsa da yeni təyin
olunan icra başçıları öz qazancları üçün köhnə icra başçılarının gördüyü
işləri darmadağın edərək yeni abadlıq işləri aparılar. Çünki bu gün
icra başçılarının əsas gəlir yerlərindən biri də rayonlarda aparılan
abadlıq işləridir. Belə ki, qiymətləri bir neçə dəfə şişirdən icra
başçıları abalıq işlərinə sərf olunan vəsaitdən bir neçə dəfə artıq
vəsaiti mənimsəyirlər.
pozmayıb və Yevlaxdan topladığı təcrübəsinə əsaslanaraq köhnə iş
qaydasını tətbiq edib.
göstərilir ki, icra başçısı onda əvvəl Tərtər şəhərinin
abadlaşdırılmasına ayrılan 600 min manatlıq işin tender qalibi olan
şirkətin rəhbərliyi ilə görüşüb və göstərişlərini verib. İcra başçısı
görüşdə ayrılan vəsaitin hamısının abalıq işlərinə sərf olunmasını tələb
edib. Mənbə iddia edir ki, Müstəqim Məmmədov Tərtər şəhərininin
abadlaşdırılması, təmiri üçün ayrılacaq vəsaitlərə bir müddət əl
vurmamaqla və daha çox ona verilmiş göstərişi yerinə yetirməklə
göstərilən etimadı doğrulltmağa çalışır. Ancaq buna baxmayaraq rayonda
“xoşgəldin” paketlərinin yığımı davam edir. Qeyd edək ki, icra başçısı
təyinatından sonra bir çox idarə və müəsissə müdirləri vəzifələrini
itirməmək üçün Müstəqim Məmmədova “xoşgəldin” paketlərini təqdim
etmişdilər.
Suvarma Sistemləri İdarəsi, Subartezan Sistemləri İstismarı İdarəsi, Yol
İstismar İdarəsi, Mədəniyyət və turizm İdarəsi, Təhsil İdarəsi
müdirləri həmin “xoşgəldin paketləri”nin aktiv iştirakçıları olublar.
İndi isə kənd icra nümayəndələri əllərini ciblərinə salmalı olublar.
isə kənd icra nümayəndlərinin hər birindən icra başçısına “xoşgəldin”
paketi vermək üçün 2000 min manatdan pul yığıldığı bildirilir. Məlumatda
qeyd olunur ki, Müstəqim Məmmədov günortadan sonra rayonun kənd
sakinləri ilə görüşmək üçün kəndələrə gedir. Görüş bitdikdən sonra isə,
vxtını daha çox Yevlaxdan və digər rayonlardan gələn möhtərəm qonaqlarla
birlikdə yemək masası arxasında keçirir. Adətən həmin qonaqlarala gecə
vaxtı şəhərin mərkəzi küçələrində gəzərək görüləcək, düzəldiləcək
işlərlə bağlı arayışlar verir. Artıq Tərtər sakinlərinin yeni icra
başçısının qonaqları ilə gecə gəzintilərinə alışdıqları qeyd olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=7440