Nazir Əli Abbasov neçə vəzifə tutur?
Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri, texnika elmləri doktoru,
akademik Əli Abbasov təkcə bir nazirliyə rəhbərllik etmir. O, həm də iki universitetdə kafedra müdiridir. Eyni zamanda, vaxtı ilə rektoru olduğu
Dövlət İqtisad Universitetində yəni14 ildir
Dövlət İqtisad Universitetində kafedra müdiridir. Nazirin rəhbərlik etdiyi vəzifələr bunlarla da yekunlaşmır.
Mia.az Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi internet saytına (http://www.science.gov.az/az/acmembers/abbasovaimd.htm) istinadən xəbər verir ki,
1997-ci ildə Nyu-York Elmlər Akademiyasının, 1998-ci ildə Beynəlxalq İnformatizasiya
Akademiyasının həqiqi üzvü seçilən Əli Abbasov 1994-cü
ildən YUNESKO-nun informatika və telekommunikasiya üzrə ekspertləri sırasına
daxil edilib. O, həm də 1995-ci ildən ölkəmizi
Avropa INTERNET Beynəlxalq kompüter şəbəkəsi Assosiasiyasında (TERENA) təmsil
edir.
Bunlardan
əlavə, Mia.az xəbər verir ki, nazirin 150 elmi əsəri olub ki, bunun da 58-i xaricdə çap olunub.Bu, bir alim üçün kifayət qədər böyük göstərici olmaqla yanaşı, xüsusi vurğulamaq gərəkdir ki,həmin
əsərlər təkcə Əli Abbasovun öz zehni əməyi olmayıb. Nazirin barəsində olan rəsmi mənbələrə əsaslansaq, Əli Abbasov bir çox samballı əsərlərini bir neçə müəlliflə birgə ərsəyə
gətirib. Əlbəttə, bizim cənab nazirin elmi fəaliyyətini təftiş etmək niyyətimiz yoxdur. Amma bir məsələ maraqlıdır,böyük
bir nazirliyə rəhbərlik edən Əli Abbasov gündəlik iş rejimində qarşısındakı
problemlərin həlli, səfərlər, gələn qonaqlar, rəsmi tədbir və qəbullar, şəxsi həyat və digər ciddi vaxt və enerji sərfiyyatı tələb olunan əmək
fəaliyyəti dövründə ard-arda bu qədər kitablar
yazmağa necə zaman ayırıb?
Etiraf olunmalıdır ki, bu qədər gərgin iş rejiminin qarşılığında son 10 ildə yüzlərlə qəbullar,görüşlər, xarici və daxili səfərlər,nazirliyin
fəaliyyətini koordinasiya etmək və sair məsələlərə sərf olunan zaman kəsiyində
irihəcmli 48 kitab və monoqorafiya
yazmaq, hər bir alimin işi deyil. Baxmayaraq ki, çoxsəhifəli həmin
kitablarla bağlı müxtəlif söhbətlər də dolaşır. Və haqlı sual ortaya çıxır ki,nazir
gündəlik gərgin iş rejimində bu qədər vaxtı haradan tapır?
Hər halda, görünür, Əli Abbasov ya vaxtını
səmərəli xərcləyir, ya da…
Bütün bunlara yanaşı, 2000-ci ildən 2004-cü ilin fevral ayına qədərAzərbaycan Dövlət İqtisad
Universitetinin rektoru olmuş və eyni zamanda, “Dünya iqtisadiyyatında
informasiya texnologiyaları” kafedrasına rəhbərlik edən nazir Əli Abbasovun, nazir təyinatına qədərAzərbaycan Elm və Təhsil üzrə kompyüter şəbəkələri Assosiasiyasının (AZRENA)
prezidenti, “Elm və təhsil İNTERNET şəbəkəsinin inkişafı”, “Respublikada
məsafədən (distant) təhsil sisteminin yaradılması”, “Virtual İpək
Yolu” və digər layihələrə rəhbərlik etməsini xatırlatmaq isə, mövzunu daha aydınlaşdıra bilər.
Mia.az yenə də rəsmi
mənbələrə istinad edərək bildirir ki, 2004-cü ilin fevral ayında nazir təyin
edilən nazir Əli Abbassov İqtisad Universitetində də kafedra müdiri
vəzifəsindən imtina etməyib. Maraqlıdır ki, İqtisad Universitetinin keçmiş
rektoru deputat Şəmsəddin Hacıyev və yeni rektor Ədalət Muradov da nazir
təyinatından sonra ayağını universitetə basmayan Əli Abbasova xəbərdarlıq etmək
belə, cəsarətini göstərə bilməyiblər.
Mia.az
İqtisad Universitetinin rəsmi saytına (http://www.aseu.az/index.php?option=com_k2&view=item&layout=item&id=656&lang=az)
istinad edərək, bildirir ki, nəticədə adı hələ də İqtisad universitetində
universitetin Elmi Şurasının üzvü və “İnformasiyaiqtisadiyyatıvətexnologiyaları”
kafedrasınınmüdirəvəzi (Nazirin bu vəzifəsinin icrasını kimə həvР°lə
etməsi də, maraqlıdır – redaksiya) kimi rəsmi göstərilən Əli Abbasovun adına
maaş da yazılırsa, bu, artıq açıq şəkildə dövləti vəzifəsindən sui-istifadə
və talançılıqdan başqa bir şey deyildir.
Bizə
maraqlıdır, Əli Abbasovu bu qədər vəzifəni tutmağa nə məcbur edir? Bəlkə 61 yaşlı
nazir təhsil müəssisələrindəkigənclərdə perspektiv görmür?Axı, nə
qədər olmasa, cənab nazir bu günədək 23 elmlər namizədi, 3 elmlər doktoru
yetişdirib.
Görəsən,
onların içindən də bu vəzifələrdən birini tutacaq bacarıqlı və savadlı kadr
yoxdur?
Short URL: http://www.cumhuriyyet.net/?p=7443