Bakcell müştərilərini necə aldadır?

25.05.2014 - 12:24

Təsəvvür edin ki, paytaxtın mağazalarından birində
Bosch firmasının soyuducusunu alırsınız. Və bunu da təsəvvür edin ki,
bir neçə il sonra Siemens firmasından uşaqlar gəlib sizə deyirlər ki,
siz ya aldığınız məhsulun yarısının pulunu verirsiniz, ya da ki, onu
plomblayacağıq ki, pul ödənilməmiş istifadə edə bilməyəsiniz.

“Cəfəngiyyatdır!” – deyəcəksiniz. “Bu sözsüz ki, mümkün deyil!” – əlavə edəcəksiniz.
Siz
haqlısınız. Özünə hörmət edən normal firmalarda belə şey ola bilməz.
Əlbəttə, iki şirkət arasında anlaşılmazlıq olsa da belə, bunu öz
aralarında həll edərlər və məsuliyyəti istehlakçının üzərinə qoymazlar.
Yəni nüfuzunu qorumaq istəyən şirkətlər belə davranırlar.

Azərbaycanda “Bakcell” və başqa bu kimi şirkətlərin davalarında tabaq müştərilərin başında çatlayır.
Zərbəliyeva Validə adlı
abonent 1998-ci ildən Azercell-in xidmətlərindən istifadə edir.
Balansında kifayət qədər pul olmasına baxmayaraq, onun istifadə etdiyi
iPhone smartfonu işləməyənə qədər xidmətlərdən də razı idi. Azercell-dən
bildiriblər ki, nömrəsində hər şey qaydasındadır, sadəcə olaraq,
istifadə etdiyi aparat bloklanıb.

Bir qədər irəli gedərək qeyd
edək ki, abonentlərin çoxu aparatlarında IMEI (International Mobile
Equipment Identity) identifikasiya kodunun olmasıdından xəbərsizdirlər.
Bu unikal kod telefonlara istehsalçı tərəfindən yerləşdirilir. Həmin kod
vasitəsi ilə telefonlar oğurlananda onu tapmaq olur. Bəzən kənardan
təsir göstərməklə aparatı bloklamaq da mümkündür.

Məsələ ilə
bağlı Azercell-in operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, həmin aparat Bakcell-in
müraciəti əsasında bloklanıb.

Məlumat telefon sahibini heyrətə
salıb. Axı onun istifadə etdiyi telefonun Bakcell-lə heç bir əlaqəsi
olmayıb. Bakcell-dən isə bildiriblər ki, onun aldığı telefon “ARZU 69″
MMC-nin adına qeydiyyata salınıb. Həmin şirkətin isə Bakcell-ə borcu
var. Belə bir vəziyyət hətta dəmir əsəbləri olan bir insanı da
hövsələdən çıxarar.

Zərbəliyeva deyir ki, “iPhone 5B” telefonunu “28 May” metrosu tərəfdəki mağazalardan birində nağd qiymətə alıb.
“630
manat ödəmişəm, zəmanətlə birlikdə telefonu almışam. Nömrəni daxil
edərək istifadə etməyə başlamışam. “Arzu 69″ MMC şirkətini heç
tanımıram. Oranın heç bir əməkdaşı ilə ünsiyyətim belə olmayıb”.

Xanım heyrətlənir ki, nazirlik məhkəmə qərarı olmadan, sadəcə Bakcell-in müraciəti əsasında onun aparatını bloklaya bilər?
Sonda oxucuya “Ultraflex” MMC-nin (hazırda “Arzu 69″ MMC-nin yerinə bu şirkət fəaliyyət göstərir) direktoru N.İbrahimova
göndərilmiş məktubun nüsxəsini təqdim ediblər. Məktubda deyilir ki,
əgər göstərilmiş xidmətlər müqabilində yaranmış 128 446 manat borcu MMC
27 mart 2014-cü il tarixinə qədər geri ödəməzsə, aprelin 1-dən etibarən
ona məxsus olan bütün aparatlar bloklanacaq.

Bundan
əvvəl aparatın Bakcell-in müraciəti əsasında bloklandığı deyilməsinə
baxmayaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti
bu dəfə təkzib etdi və belə bir işlə məşğul olmadıqlarını bildirdilər.

Məlum
olub ki, Validə Zərbəliyevanın nağd pul ödəyərək zəmanətlə birlikdə
“Caspian Mobile” şirkətindən aldığı smartfon heç bir hüquqi əsas olmadan
bloklanıb. Başqasının başqasına borcu olduğu üçün vətəndaş öz
əmlakından istifadə etmək hüququndan məhrum olub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7444

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031