Rejissorun dələduz dəstəsinin daha bir üzvü tutuldu

25.05.2014 - 17:55

Bakıda dələduzluqla məşğul olan daha bir nəfər tutulub. 

Bakıda dələduzluqla məşğul olan daha bir nəfər tutulub. 

2012 və 2013-cü illər ərzində paytaxtın Nizami rayonu ərazisində
yerləşən “Quesnet” şirkətinin bir qrup əməkdaşının dələduzluq yolu ilə
əhalidən xeyli miqdarda pul toplaması barədə polisə edilmiş müraciətlər
əsasında həmin şirkətin rəhbərlərindən biri olan Nəsir Hüseynov
saxlanılıb. Onun barəsində Xətai rayon Məhkəməsində 2 ay müddətinə
həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, N.Hüseynovla yanaşı tanınmış teatr xadimi, rejissor
Ağalar İdrisoğlu da həbs edilib. onların barəsində Bakı şəhər Baş Polis
İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış işin
araşdırmaları davam etdirilir.

Onu da qeyd edək ki, 1 ay əvvəl Bakı şəhər Baş Polis İdarəsi paytaxt
sakinləri Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar
Mehdiyev (İdrisoğlu), Asim, Qalıb, Elşən, Xatirə və Leyla adlı
işçilərinin dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib
Qəhrəmanovadan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim
Məmmədovdan 2300 dollar, Rasim Qəhrəmanovdan 1500 manat, Fərhad
Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən
1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat,
Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt
şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri
Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon
sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq
Şixəliyevdən 1850 manat almaları barədə Nizami Rayon Polis İdarəsinə
müraciətin daxil  olması barədə məlumat yaymışdı.

Bundan sonra faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7449

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031