Səfər Əbiyevin biznesi əlindən alınır

26.05.2014 - 10:01

Səfər Əbiyevin biznesi əlindən alınır

Keçmiş müdafiə naziri müflisləşdirilir
Keçmiş müdafiə naziri Səfər Əbiyev tutduğu vəzifədən azad ediləndən sonra ona qarşı hücumlar səngimək bilmir. Bu hücumların Səfər Əbiyevin hakimiyyətdəki rəqibləri tərəfindən təşkil olunduğu şəksizdir. Hələ bir müddət əvvəl keçmiş müdafiə naziri haqqında dərc edilən kompramat xarakterli materiallara münasibət bildirərkən bəyan etmişdi ki, bütün bunlar bir mərkəzdən idarə edilir.
Səfər Əbiyev ad çəkməsə də, ona hücumların iqtidar düşərgəsindəki rəqiblərindən gəldiyini işarə vurmuşdu.
Dünən aldığımız məlumatda deyilir ki, artıq Səfər Əbiyevin biznesi əlindən alınır. Keçmiş müdafiə nazirinin nəzarətində biznes strukturları başqa şəxslərə verilir. Qısa müddətdə Səfər Əbiyevin müflisləşdirilməsi prosesi gedir. 
Bu məlumatların təsdiqi kimi “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı xəbəri də göstərmək olar. Həmin məlumatda deyilir ki, Səfər Əbiyevə məxsus olan ərazi əlindən alınıb. Məlumatda Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən böyük ərazinin əslində Azərbaycan Ali Hərbi Məktəbinin (Avtopark) balansında olduğu bildirilib.   Məlumata görə, həmin ərazidə Silahlı Qüvvələrin zabitləri üçün mənzillərin tikilməsi ilə bağlı ideya olub. Lakin bu ideya Səfər Əbiyev tərəfindən müsbət qarşılanmayıb. Keçmiş nazir həmin ərazidən özünün biznes maraqları üçün istifadə etmək qərarı verib. Amma artıq həmin ərazi üzərinə “Renessans Palace” yazılmış hasarla əhatə olunub. Ərazidə tikinti işlərinin “AS Group Investment” tərəfindən aparıldığı qeyd edilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031