Hakimiyyət Rusiya tırtıllarından qorxur

26.05.2014 - 10:05

Hakimiyyət Rusiya tırtıllarından qorxur

Zahid Oruc Qərbə hücumu Rusiya qorxusu ilə izah edir
Vəfa Quluzadə: “Azərbaycanın orientasiyası qərbyönümlüdür və bu orientasiyanı dəyişməyin ağır nəticələri ola bilər”
Fransa prezidentinin müxalifətlə görüşməsi, ABŞ səfirinin məlum müsahibəsi, Avropa Şurası baş katibinin Azərbaycanda insan haqları, demokratiya məsələsini qaldırması, AŞPA prezidentinin siyasi məhbuslar, Azərbaycanın götürdüyü öhdəliklər məsələsini qəti şəkildə müzakirəyə çıxarması hakimiyyəti çətin vəziyyətə saldı. Bu çətin vəziyyətin yaratdığı qəzəbi isə, müxtəlif formalarda ifadə etdilər. 
Millət vəkili Zahid Oruc da “Yeni Müsavat”a açıqlamasında son günlər baş verənlərə münasibət bildirib. Deputat qeyd edib ki, son günlər baş verənlər və Qərbin ardıcıl olaraq demokratiya tələbi eyni mərkəzdən idarə olunur və Azərbaycanı Rusiyadan qoparmağa hesablanıb: “Azərbaycan bütün iqtisadi siyasətini Qərblə işlədiyi halda özünün milli problemlərinə dəstək almadıqca, əksinə, bu milli problemlər Qərbin maraqları üçün alətə çevriləndə Qərblə bağlı milli düşüncədə şübhəsiz ki, bir çat yaradacaqdı. Qərb institutları açıq şəkildə bəyan eləməyə başlayırlar ki, əgər siz Avropa Birliyinin Şərq tərəfdaşlığı Proqramı çərçivəsində daha da irəli gedib Gürcüstan, Moldova, Ukraynanın yeni hakimiyyəti kimi Qərbin birmənalı yanında olmasanız, Rusiyaya qarşı istehkamlara, siyasi barrikadaya daxil olmasanız sizi daxili sosial toqquşmalar, hansısa siyasi kataklizmlər gözləyə bilər. Budur məsələnin mahiyyəti” – deyə Zahid Oruc bildirib.
O həmçinin əlavə edib ki, Rusiyanın əleyhinə olmağın ağır nəticələri var: “Bizi nəyin bahasına olur-olsun Rusiya hərb maşınının tırtılları altında əzilməyə vadar eləmək olmaz. Çünki Qərbin başı bizim daxili vəziyyətimizə, demokratiya məsələlərinə qarışmışkən günün birində Putin Xəzər dənizində Qərb neft kampaniyalarını boğmaq üçün ultimatumlar verəndə və onun zirehli gəmiləri bir-iki platformada hansısa əməliyyatlar keçirəndə, bizim mövqeyimizin haqlı olduğunu xatırlayacaq”.
Politoloq Vəfa Quluzadə səslənən fikirlərə münasibətində bildirdi ki, Azərbaycan üçün müxtəlif risklər olsa da, bizim yeganə yolumuz qərbə inteqrasiyadır: “Bu gün ABŞ və Avropa Azərbaycandan birmənalı mövqe istəyir. Azərbaycan isə elə   çətin regionda yerləşir ki, birmənalı mövqe bildirmək istəmir. Çünki, ABŞ-la birmənalı yaxınlıq, Rusiyanın Azərbaycana qarşı aqressivliyini artıracaq”.
Ancaq, Politoloq hesab edir ki, istənilən halda bizim “Gömrük Ittifaqı”na daxil olmağımız yanlış qərar olardı. Çünki, bu bizim həm milli maraqlarımıza, həm də hakimiyyətin maraqlarına uyğun deyil. Hakimiyyətin maraqlarına ona görə uyğun deyil ki, hakimiyyət istəyir heç kim ölkənin daxili işlərinə qarışmasın: “Indiyə qədər bütün tərəflərlə əməkdaşlıq siyasəti uğurlu keçib və heç bir ciddi təhlükə yaratmayıb. Amma bugün uğurlu olan, sabah uğursuz ola bilər. Reallıq ondan ibarətdir ki, Azərbaycanın orientasiyası artıq bəllidir və bu qərbyönümlü orientasiyadır. Ölkənin orientasiyasını dəyişməyin ağır nəticələri ola bilər. Okeanda tam sürətlə gedən gəmini, qəfil 180 dərəcə çevirsən, həmin gəmi aşar. Geri qayıtmaq olmaz. Ölkədə islahatlar aparılmalıdır və bütün sahələrdə inkişaf əldə olunmalıdır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031