Saakaşviliyə Ukraynada vəzifə verilir

26.05.2014 - 10:33

Saakaşviliyə Ukraynada vəzifə verilir

Ukraynada prezident seçkilərində zəfər eldə etmiş Pyotr Poroşenko öz qərargahında məsləhətçilərindən birinin Gürcüstan vətəndaşı olacağını bildirib.
 
Axar.az xəbər verir ki, o, həmin şəxsin kimliyinə aydılıq gətirməyib. Sadəcə, bilidirlib ki, yaxın günlərdə həmin şəxsin adını bəyan edəcək. Poroşenko qeyd edib ki, Ukrayna ilə Gürcüstanı ənənəvi dostluq münasibətləri birləşdirdiyindən, gürcülərin burada yüksək postlar tutması olduqca normaldır. 
 
Poroşenkonun bu bəyanatı əməlli ajiotaj yaradıb. Bəzi gürcü ekspertləri Feysbuk səhifələrində həmin şəxsin Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili olduğunu yazıblar. 
 
Kliçko isə mediaya açıqlamasında faktı təsdiqləyib və bildirib ki, əslində, Saakaşvili ilə bu barədə danışılıb və onun ilkin razılığı alınıb. Kliçko həmçinin bu vəzifəyə Kaxa Bendukidzenin də namizədliyi barədə müzakirə aparıldığını vurğulayıb.
 
Xatırladaq ki, Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanda iqtisadi islahatların “atası” sayılan iqtisadçı Kaxa Bendukidze Ukrayna Baş naziri yanında İqtisadi Şuraya üzv seçilmişdi. 

Short URL: http://www.cumhuriyyet.net/?p=7470

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930