Dünyanın ən varlı dövlət başçıları

26.05.2014 - 13:43

Dünyanın ən varlı dövlət başçıları 

Ukraynada prezident seçkilərini sahibkar, “Roshen” şirkətlər qrupunun sahibi Pyotr Poroşenko qazandı. 1,3 milyard dollar sərvətlə Ukraynanın 7-ci ən zəngin insanı olan Poroşenko bundan sonra Ukrayna prezidenti səlahiyyətlərini icra edəcək. Modern.az dünyanın digər zəngin dövlət və hökumət başçılarının siyahısını təqdim edir.
Tailand kralı  Pumipon Aduliyadet – 30 milyard dollar
1949-cu ildən Tailand kralı olan Pumpion Aduliyadet ölkənin ən böyük sənaye korporasiyası olan “Siam Cement” şirkətinə sahibdir. Təkcə paytaxt Banqkokda şirkətə 3493 sot torpaq sahəsi məxsusudr.
Bruney Sultanı Həsənəl Bulkiah – 20 milyard dollar 
Dünyanın ən böyük iqamətgahı olan İstana Nurul İman sarayında yaşayan Bruney sultanı ölkənin neft-qaz satışından milyardlarla gəlir əldə edib. Dünyada ən böyük şəxsi maşın kolleksiyasına malik şəxs olan Həsənəl Bulkiah bir neçə min maşına malikdir. İki dəfə evli olan Sultanın bu nigahlardan 7 qızı, 5 oğlu və 10 nəvəsi var.  
Səudiyyə Ərəbistanın kralı Abdullah bin Əbdüləziz Əl Saud – 18 milyard dollar
Dünya neft ehtiyarlarının 18%-nə sahib olan Səudiyyə Ərəbustanı monarxının 18 milyard dollar sərvətə maolik olması təəccüblü deyil.
Birləşmiş Ərəb Əmirliklərinin prezidenti – Şeyx Xəlifə ben Zaid Əl Nəhayən – 15 milyard dollar
2004-cü ildə atasının ölümü ilə taxta keçən Xəlifə ben Zaid eyni zamanda Əbu Dabi əmiridir. Abu Dhabi İnvestment Authority şirkətinin sahibidir. Ümumilikdə, Birləşmiş Əmirliklərdə kral ailəsinin ümumi sərvəti 150 milyard dollardan artıqdır.
Lixtinşeyn knyazı II Hans Adam – 4 milyard dollar 
Tam adı: Yohannes Hans Adam Ferdinand Yozef Mariya MARKO d`Aviano Piy fon und çu Lixtinşteyn olan monarx incəsənət nümunələrinin kolleksiyasını toplamağı sevir. 2004-cü ildə II Hnas Adam özünə məxsus LGT banklar qrupunu oğluna vermişdi. Ümumilikdə, Lixtinşteyn knyaz ailəsinin ümumi sərvəti 7,6 milyard dollar təkşil edir. Bu göstərici ilə onlar Avropanın ən zəngin monarx sülaləsi hesab olunurlar. 
Livanın baş naziri Nəcib Bikati  – 3 milyard dollar   
Dünyanın ən zəngin dövlət və hökumət başçılarından sayılıan Livan baş naziri telekommunikasiya nəhəngi “İnvestcom” un sahibi sayılır. 2006-cı ildə o şirkəti Cənubi Afrikanın MTN Group-na 5,5 milyard dollara satmışdı. 
Qətər əmiri Həməd ben Xəlifə Əl Tani – 2,5 milyard dollar  
1995-ci ildən Qətər əmiri kimi ölkəni idarə edən Həməd ben Xəlifə uzun müdədt “Əl Cəzirə” telekanalının sahibi olub. Bundan başqa, futbola çoxlu pul investisiya edən əmir hətta “Mançester Yunayted” klubunu da satın almaq istəmişdi. 
Mərakeş kralı IV Məhəmməd – 2,5 milyard dollar 
1999-cu ildə hakimiyyətə gələn IV Məhəmməd Afrikanın ən zəngin dövlət başçısı sayılır. Mərakeş kralına məxsus olan “ONA Group” şirkəti sənaye, dağ-mədən və emal müəssisələrinə malikdir. Kasıblığın əsas sosial problemlərdən biri olduğu Mərakeşdə kral Qərb mətbuatına görə şəxsi məqsədlər üçün gündə 1 milyon dollardan artıq pul xərcləyir.   
Çili prezidenti Sebastiyan Pinyera – 2,4 milyard dollar 
Çili prezidenti Pinyera “Chilevision” telekanalının sahibidir. Məhz sahibi olduğöu kanalın sayəsində o 2010-cu il prezident seçkilərində qələbə qazanmışdı. Bundan başqa, ölkədə çox populyar olan “Kolo-Kolo” furbol klubunun və “LAN Airlines” aviaşirkətinin səhmlərinin 27%-nə sahibi idi. Çilidə kredit kartları bazarı Sebastiyan Pinyeraya məxsus şirkətlər tərəfindən idarə olundu. Lakin dövlət başçısı vəzifəsinin icrasına başlamazadan öncə o bütün biznesini satmışdı. 
İngiltərə kraliçası II Yelizaveta – 1,1 milyard dollar  
Düzdür, tac və kraliçanın yerləşdiyi Bukinqem sarayı ingils xalqına məxsus olsa da, II Yelizavetanın İngiltərə və Şotlandiyada mülkləri. Dəyərli təsviri incəsənət nümunələri və zinət əşyaları var. 
Monako knyaz- II Albert – 1 milyard dollar
Cırtdan Monako knyazlığının hakimi II Albert əsas sərvəti bahalı mülklərdən, əntiq avtomobillərdən, markalardan və Monte-Karloda yerləşən kazinolardan gələn gəlir hesabına toplayıb.
Oman sultanı Kabus bin Səid – 700 milyon dollar 
Ölkənin neft asılılığından xilas edilməsinə çalışan sultan Məsqət limanı sahilində yerləşən nəhəng Qəsr əlAləm sarayının sahibidir. Bundan başqa , sultanın 155 metr uzunluğunda “Əl Səid” gəmisi mövcuddur.  
Qeyd edək ki, Qərb mətbuatı sabiq İtaliya baş naziri Silvio Berluskoninin 9 milyard dollar, sabiq Misir prezidenti Hüsnü Mübarəkin 40 milyard, mərhum Liviya diktatoru Müəmmər Qəddafinin 200 milyard və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin isə 1,1 milyard dollar sərvətin sahibi olduğunu iddia edir. Maraqlıdır ki, eyni mənbələr Rusiya prezidenti Vladimir Putinin 40 milyard dollar sərvətə malik olduğunu bildirir. Rusiya prezidentinin “QazProm” və “Gunvor” şirkətlərində pay sahibi olduğu iddia olunur. Əksinə rəsmi vergi hesabatlarında Vladimir Putinin 150 min dollar sərvətinin olduğu göstərilir.
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7478

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031